Ultrasəs diaqnostikası
Hamiləlik zamanı səni gözləyən ən həyəcanlı müayinələrdən biri ultrasəs müayinəsidir. Bu körpənin inkişafına və sənin sağlamlığına nəzarət üzrə təhlükəsiz, ağrısız və effektiv metoddur. Müayinənin əsasında insan qulağının eşitmədiyi, sensorun göndərdiyi, fərqli sürətlə müxtəlif toxumalardan əks olunan ultrasəs dalğaların istifadə olunması durur. Bütün bunlar monitorda şəkil əmələ gətirir. Hamiləlik zamanı USM-i aybaşı gecikməsinin ilk həftələrindən etibarən keçirmək olar. Adətən bu müayinə üç dəfə təyin edilir – hər trimestrdə bir dəfə.
Həkim nəyə baxır: USM-də ürək döyüntüsü
USM-in keçirilməsi körpənin necə inkişaf etdiyinin, ciftin və göbək bağının necə formalaşdığının, dölyanı suların həcminin nə qədər olduğunun vizual olaraq qiymətləndirilməsi üçün zəruridir1. Birinci trimestr USM-i və bütün növbəti USM-lər ultrasəs diaqnostika üzrə mütəxəssis tərəfindən həyata keçirilir. O sənə müayinənin necə keçirildiyi barədə ətraflı olaraq danışacaq, monitorda uşağın bədəninin hissələrini – kiçik əllərini və ayaqlarını, başını və burnunu, gözlərini göstərəcək. Və ən əsası – həkim səsi ucaldacaq və sən USM-də ürək döyüntüsünü aydın şəkildə eşidəcəksən: kiçik ürəyin kameraları bu cür yığılır: qanı bədənə vuraraq, qida və oksigeni bütün toxumalara çatdıraraq.
Birinci trimestr USM-i
1-ci trimestr USM-i sadəcə körpənə baxmağın və ürəyinin necə döyündüyünü eşitməyin üçün həyata keçirilmir. Hər şeydən öncə, o, həkimlərin körpənin düzgün böyüdüyündən və inkişaf etdiyindən, inkişaf üçün zəruri olan bütün elementləri aldığından əmin olmaları üçün həyata keçirilir. Hamiləliyin birinci trimestrinin skrininqi 10-13 həftə müddətində həyata keçirilir2. Müayinə zamanı həkim mütləq hamiləliyinin müddətini dəqiqləşdirəcək, son aybaşının nə vaxt olduğunu soruşacaq və təxmin olunan doğuş tarixini (TDT) hesablayacaq.
Prosedur zamanı həkim xüsusi göstəriciləri müəyyən edəcək: BƏÖ (körpənin əmgəyindən büzdümünə qədər olan məsafə), baş ölçüləri, burun sümüyünün və yuxarı çənənin vəziyyəti, yaxa boşluğunun qalınlığı (boyun ətrafındakı qırış), kiçik ürəyin yığılma tezliyi. Həkim həmçinin ciftə və göbək bağına, uşaqlıq və boynunun vəziyyətinə nəzər yetirəcək. Bütün bunlar mümkün problemləri aradan qaldıracaq.
Həmçinin, 1-ci trimestr skrininq çərçivəsində sənə qan analizini vermək lazımdır ki, burada müəyyən göstəricilər nəzərdə keçirilir – XQ və PAPP-a XQ – hamiləlik zamanı ifraz olunan hormondur, onun miqdarı hamiləliyin müddətini dəqiqləşdirir və körpənin necə inkişaf etdiyini göstərir. РАРР-а — yalnız hamiləlik zamanı əmələ gələn xüsusi zülaldır. XQ ilə birgə, onun miqdarına görə həkim körpənin inkişafının düzgün olduğuna və ya müddətə uyğun olduğuna dair nəticəyə gəlir. Onlar USM məlumatlarını tamamlayır və körpənin düzgün inkişaf etdiyindən əmin olmaqda yardım edəcək.
İkinci trimestr USM-i
Sənin uşağın fəal şəkildə böyüyür və həkim onun sağlamlığına diqqətlə nəzarət edir. İkinci trimestrdə sənə həmçinin ultrasəs müayinəsindən keçməyi tövsiyə edəcəklər. 2-ci trimestr USM-nin keçirilməsi üçün optimal müddət hamiləliyin 18-24-cü həftələridir3. Həmçinin, həkim qan analizi verməyi tövsiyə edəcək ki, burada üç göstərici müəyyən ediləcək: XQ, alfa-fetoprotein və sərbəst estriol – onların miqdarı həkimə körpənin sağlamlığı haqqında məlumat verəcək.
2-ci trimestr skrininqi USM diaqnostikası məlumatlarının ümumi şəklindən və qan analizi nəticələrindən ibarətdir. Bu zaman sənin uşağın böyüyür, onun çəkisi artır, orqanları aktivə fəaliyyət göstərməyə başlayır, buna görə, körpənin özünü yaxşı hiss etdiyindən və hər şeyin plan üzrə getdiyindən əmin olmaq əhəmiyyətlidir.
USM-də uşağın cinsiyyətini nə vaxt müəyyən etmək olar
Oğlandır, yoxsa qız? Təbiidir ki, sən USM-də uşağın cinsiyyətinin nə vaxt müəyyən edilə biləcəyini səbirsizliklə gözləyirsən. Adətən cinsiyyəti ikinci trimestrdə müayinə zamanı müəyyən edirlər, baxmayaraq ki, müasir cihazlar artıq 12-14-cü həftələrdə uşağının cinsiyyətini müəyyən etməyə imkan verir4. Lakin bu cür az müddətdə xətalar ola bilər.
Üçüncü trimestr USM-i.
Üçüncü trimestrdə sənin orqanizmin və körpə tədricən doğuşa hazırlaşır. Bu zaman 3-cü trimestr USM-i təyin edilir ki, uşağın necə böyüdüyü, onun hansı çəki əldə etdiyi, onun bütün orqanları və toxumalarının necə formalaşdığı dəyərləndirilsin, TDT tarixi dəqiqləşdirilsin. Həmçinin ciftin, göbək bağının, uşaqlıq boynunun vəziyyətini dəyərləndirmək də əhəmiyyətlidir ki, həkim sənə doğuşa necə hazırlaşmalı olduğun və nəyə diqqət yetirəcəyin barədə tövsiyələr verə bilsin. Adətən müayinə – hamiləliyin 3-cü skrininqi – 32-34-cü həftələrdə təyin edilir5. Mütəxəssis körpənin çəkisini və boyunu, onun uşaqlıqdakı yerləşməsini, ürək döyüntüsü tezliyini və balacanın fəallığını, bütün orqanların quruluşunu öyrənir. İndi uşağın cinsiyyətini dəqiqləşdirmək olar (o bu sirri ikinci trimestrdə açmaq istəməmişdirsə).
Həmin vaxtda həkim sənə dopplerometriya tövsiyə edə bilər ki, həmin dopplerometriya cift, göbək bağı ilə və uşağın orqanizmi daxilində qanın necə axdığını göstərəcək. Adətən, doppler USM zamanı həyata keçirilir, həkim sadəcə cihazın başqa rejimindən və sensordan istifadə edir. Sən qanın körpənin damarlarında, ona oksigen və qidalandırıcı maddələr gətirərək, necə axdığını görə və eşidə bilərsən.
Hamiləlik zamanı USM haqqında tez-tez verilən suallar
USM etdirmək mütləqdirmi?
Ultrasəs diaqnostikasının həyata keçirilməsi və ya ondan imtina edilməsi – sənin seçimindir. Bu, təhlükəsiz və yüksək dəqiq prosedurdur6. Əlbəttə ki, ondan sui-istifadə etmək zərurəti yoxdur, lakin ondan imtina etmək də lazım deyil. Bununla, sən sadəcə körpənin hər şeyinin qaydasında olduğundan əmin olmayacaqsan, həmçinin onunla tanış ola, ilk fotoşəkilləri çəkə, ona yaxından baxa və hətta onun daha çox kimə oxşadığını (atasına, yoxsa sənə) müəyyən edə biləcəksən.
USM harada etdirmək lazımdır?
Qadın məsləhətxanasında USM, İTS çərçivəsində, pulsuz həyata keçirilir. Sən USM-i özəl mərkəzdə, KTS polisi üzrə və ya ödənişli hamiləliyin aparılması proqramı çərçivəsində etdirə bilərsən. Orta hesabla bu diaqnostika təxminən 30 dəqiqə vaxt aparır.
USM-ə necə hazırlaşmaq lazımdır, onu necə həyata keçirirlər?
Birinci müayinə transvaginal (uşaqlıq yolundan) və ya transabdominal (qarından) həyata keçirilə bilər. Bu uşaqlıq yolundan müayinədirsə, başlamazdan öncə, gəlməzdən 2-3 saat əvvəlcədən mümkün qədər çox su içərək, sidik kisəsini doldurmaq lazımdır. Qarından müayinə üçün sənə heç bir xüsusi hazırlıq lazım deyil. Həkim qarnına şəffaf gel vurur ki, körpəni, uşaqlığı və cifti daha yaxşı görmək mümkün olsun. Daha sonra o, sensoru qarnında gəzdirəcək, bəzən bir az çevrilməyi xahiş edə bilər ki, körpə vəziyyətini dəyişsin və ona hər tərəfdən baxmaq mümkün olsun.
Özünlə USM-ə gələcək atanı da apar: siz uşaqla tanış olduğunuz təsiredici anı həyatınız boyu unutmayacaqsınız. Həkim sizə uşağın əllərini, ayaqlarını, üzünü, onun kiçik ürəyini göstərəcək. Hətta ola bilər ki, körpə sizə əl etdi və ya barmağını əmsin – bu çox xoş və təsiredicidir.
Источники:
- Акушерство: национальное руководство / под ред. Э. К. Айламазяна, В. И. Кулакова, В. Е. Радзинского, Г. М. Савельевой. — М. : ГЭОТАР-Медиа, 2014. — 1200 с. — (Серия «Национальные руководства»)
- ISUOG Practice Guidelines: performance of first-trimester fetal ultrasound scan Ultrasound in Obstetrics & Gynecology 2013; 41: 102–113
- Practice guidelines for performance of the routine mid-trimester fetal ultrasound scan Ultrasound in Obstetrics & Gynecology 2011; 37 (1): 116–126
- С.М. Воеводин, Т.В. Шеманаева. Использование 3D/4D эхографии для визуализации отдельных лицевых структур у плода в 1 триместре беременности // МиД. 2011. №2. URL: https://cyberleninka.ru/article/n/ispolzovanie-3d-4d-ehografii-dlya-vizualizatsii-otdelnyh-litsevyh-struktur-u-ploda-v-i-trimestre-beremennosti (дата обращения: 24.10.2019)
- О. А. Михайлуц, А. П. Фокин Значение результатов УЗИ женщин в третьем триместре беременности для прогноза осложнений родов, функционального состояния и заболеваемости новорождённых // МиД. 2001. №1 (2). URL: https://cyberleninka.ru/article/n/znachenie-rezultatov-uzi-zhenschin-v-tretiem-trimestre-beremennosti-dlya-prognoza-oslozhneniy-rodov-funktsionalnogo-sostoyaniya-i (дата обращения: 24.10.2019)
- ISUOG “ISUOG Practice Guidelines: use of Doppler ultrasonography in obstetrics” Ultrasound in Obstetrics & Gynecology 2013; 41: 233–239