Hamiləliyin planlaşdırılması mərhələsində və hamiləlik dövründə həyata keçiriləcək müayinə planı
Hamiləliyi planlaşdırarkən müntəzəm həkim müayinələrinin yaxın zaman ərzində sizin üçün vacib zərurət olacağını bilməlisiniz. Lakin elə analizlər var ki, onları elə indi verməyiniz yaxşı olardı.
Nədən başlanılmalı?
Özünüzü və uşağınızı ağır xəstəliklərdən sığortalamaq üçün hamiləliyi qabaqcadan planlaşdırın. Öz həyat tərzinizə qabaqcadan daxil edəcəyiniz cüzi dəyişikliklər uşaq üçün müsbət nəticələrə gətirəcək. Məxmərək dölün sağlamlığına çox ağır təsir edə biləcək xəstəliklərdən biridir.
Bir qayda olaraq, hər kəs bu infeksiyanı uşaqlıqda keçirir və insanda ona qarşı möhkəm immunitet yaranır, lakin bəzi böyüklər məxmərək xəstəliyinə tutulmadığına görə hava-damcı yolu ilə bu xəstəliyə tutulmadan müdafiə olunmayıb. Buna görə, hamiləlik dövründə bu xəstəliyə ilk dəfə tutulduqda, gələcək uşaqda katarakta, ürək qüsurları, karlıq kimi ciddi xəstəliklər və digər ciddi nəticələr yarana bilər. Məhz buna görə hamiləlik baş verənədək qanda bu virusa və döl üçün təhlükəli olan digər viruslara qarşı anticisimlərin olub-olmadığını müəyyən etmək üçün analiz vermək çox vacibdir. Bu analizin qısaldılmış adı ToRCH-dur - üç hərf latın dilində əsas virusların adları mənasını daşıyır (toksoplazmoz (toxoplasmosis), məxmərək (rubella), sitomeqalovirus infeksiyası (cytomegalovirus) və herpes (herpes simplex virus)). "O" hərfi "others" deməkdir, yəni, müşayiətedici viruslar. Nəticələrə əsasən sizin yoluxmadan müdafiə olduğunuz məlum olarsa siz hamiləliyin planlaşdırılması barədə düşünə bilərsiniz, əks halda, əgər qanda anticisimlər aşkar olunmayıbsa siz peyvənd olunmalısınız və yaxud xüsusilə toksoplazmozun qarşısının alınması üçün ehtiyat tədbirləri görməlisiniz. Hamiləlik gözlənilməz hadisə olmuşdursa və siz "müdafiəsiz qaldığınız" barədə erkən vaxtda məxmərəkdən öyrənmisinizsə, sadəcə həkimlərin tövsiyələrinə riayət etmək lazımdır, çünki bu zaman artıq immunlaşdırma aparmaq olmaz.
Minimal proqram
Birinci trimestrdə sizi aylıq ginekoloq qəbulları və sağlamlığınıza və uşağın əhval-ruhiyyəsinə nəzarət üçün zəruri olan bir sıra yeni analiz gözləyir. Hər şeydən əvvəl, qanın ümumi analizini, sidiyin ümumi analizini və qanın biokimyəvi analizini, habelə orqanizmdə bu və ya digər mikroelementlərin olub-olmadığına dair analizləri vermək lazım olacaq. Bu mərhələdə siz Elevit polivitamin kompleksi qəbul etməyə başlaya bilərsiniz, bu kompleks zəruri olan bütün vitamin və mikroelement balansını doldurmaqda yardım edəcək. Sidiyin və qanın şəkər analizi də zəruridir – şəkərli diabet və digər endokrin xəstəliklər həm ana, həm də uşaq üçün təhlükə törədir. Dİabetin ən çox rast gəlinən nəticələrindən biri dölyanı suların həddindən artıq yığılması, bunun nəticəsi olaraq da, vaxtından əvvəl doğuşdur. Mütləq öz qan qrupunuzu və rezus-faktorunuzu öyrənmək lazımdır ki, rezus-konfliktlə qarşılaşmayasınız (bu konflikt anada Rh-, atada isə Rh+ olduqda yaranır).
Ümumilikdə, fərdi ginekoloq müayinəsi planını tərtib etmək üçün, sizə terapevtin, cərrahın, endokrinoloqun, okulistin, stomatoloqun və lor-həkimin yanına getmək, habelə elektrokardioqram (EKQ) etdirmək lazım olacaq. Ürək- damar sisteminin xroniki xəstəlikləri, ürək qüsurları, anemiyalar və arterial hipertoniya hamiləliyi əhəmiyyətli dərəcədə çətinləşdirir, axı uşaq ana bətnində ikən ürəyə düşən yük dəfələrlə artır. Lakin hətta sizdə əvvəllər ürək problemləri olmadığı halda belə, EKQ-ni hamiləlik dövrü ərzində bir neçə dəfə etdirmək lazımdır. Bundan sonra ümid etmək olar ki, hamiləliyin gedişi barədə tam məlumat əldə ediləcək və həkim ağırlaşmalardan qaçmaq üçün həyəcanverici simptomlara diqqət yetirə biləcək.
Sağlam yanaşma
İkinci trimestrdə, çoxsaylı müayinələrdən və analizlərdən sonra, həyat tədricən normal axınına qayıdır. Adətən, bu vaxta qədər baş ağrıları, toksikoz, süstlük, əhval-ruhiyyədəki dəyişikliklər artıq keçir. Qadın orqanizmi sanki yeni vəziyyətinə uyğunlaşır. Bir sözlə, gələcək ana rolundan həzz almaq üçün ən uyğun vaxtdır! Üzgüçülüyə yazılın və təmiz havada daha çox vaxt keçirməyə çalışın, lakin bu zaman soyuqdəymələrdən və virus xəstəliklərindən özünüzü qoruyun – "tutduğunuz" xəstəliklər uşaq hipoksiyasının və ya cift çatışmazlığının inkişaf etməsinə səbəb ola bilər.
Multivitamin komplekslərinin qəbulu immunitetin qorunub saxlanmasında yardım edəcək. Məsələn, hamiləlik planlayanlar, hamilələr və uşaq əmizdirən analar üçün xüsusi olaraq nəzərdə tutulmuş Elevit kompleksinin tərkibində immunitet sistemini möhkəmləndirən A, D, E vitaminləri, B qrupu vitaminlər var. Bundan başqa, askorbin turşusu (vitamin C) viruslara qarşı dayanıqlığı əhəmiyyətli dərəcədə artırır. Mikroelementlər arasında kompleksin tərkibində olan sink və dəmir immunitetin artırılmasında həlledici əhəmiyyətə malikdir. Elevit hamilə və süd verən qadınlara lazım olan vitamin və mikroelementlərin miqdarına düzgün riayət olunması ilə İsveçrənin elmi laboratoriyalarında hazırlanmışdır. Bir həbdə 12 vitamin, 4 mineral və 3 mikroelement var ki, bunlar orqanizmdə çatışmayan maddələrin defisitini tamamlamaqda yardım edəcək. Düzgün qidalanma haqqında da unutmaq lazım deyil: bağırsaq, immunoqlobulin ifrazatı sayəsində, orqanizmi qida ilə birlikdə daxilə mikroorqanizmlərin düşməsindən qoruyur, buna görə, onun sağlamlığının qayğısına qalmaq bu vacid dövrdə də bu qədər əhəmiyyətli olur. Məsələn, turş süd məhsulları bağırsaq mikroflorasını yaxşılaşdırır. Hamiləlikdən bacardığınız qədər çox həzz almağa çalışın, bunu etməkdə isə sizə yalnız öz əhval-ruhiyyənizə qarşı göstərdiyiniz diqqət yardım edəcək.
Источники:
- http://www.medicalj.ru/diacrisis/d-immunology/587-analizy-na-torch-infekcii-planirovanii-beremennosti-na-rannih-srokah
- http://www.aif.ru/health/children/17500
- http://www.allwomens.ru/9470-bolezni-beremennyx-zhenshhin-opasnye-dlya-ploda.html
- http://medportal.ru/enc/procreation/pregnanttrable/5/
- http://www.zhengazeta.by/beremennost_rody/category/63/article/1592/
- http://www.9months.ru/zdorovieberem/925/immunitet-buduschey-mamy
- https://www.babyblog.ru/cb/sovety/popasnye-bolezni-pri-beremennosti-vliyanie-nanbspplodp
L.RU.MKT.CC.03.2016.1143