Hamiləlik zamanı hansı qida və içkilərdən istifadə etmək olar və ya olmaz
Hamiləlikdə icazə verilən və icazə verilməyən hərəkətlər barədə düşünərkən, bir çox qadınlar əsl stressə məruz qalır.
Bu mənim üçün xeyirlidirmi? Uşağa bir ziyan gəlməzmi? Gələcək analar üçün seçilmiş qadağa və göstərişlər bütün aktual suallara düzgün cavab tapmağa kömək edəcək.
Olmaz:
Aktiv idmanla məşğul olmaq.
Həddindən artıq fiziki yükləmələr və ağır əşyaların qaldırılması dölün hipoksiyasına və ya vaxtından əvvəl baş verəcək doğuşa səbəb ola bilər. Orta dərəcəli bədən tərbiyəsi məşqləri əksinə, tonusu qaldırır, maddələr mübadiləsini artırır və əzələləri möhkəmləndirir. Bu məsələni öz həkiminizlə müzakirə edin. Əksər hallarda üzgüçülük, yoqa, pilates və ya hamilə qadınlar üçün xüsusi gimnastika ən gözəl variant ola bilər. Məşq zamanı həddindən artıq gərginləşməməyə və hər 15 dəqiqədən bir nəbzinizi ölçməyə çalışın1. Səhər idman hərəkətləri də faydalıdır – adi əyilmələr, yuxarıya doğru hərəkətlər, başın sağa-sola döndərilməsi yuxudan ayılmağa kömək edəcək və bütün günə müsbət enerji toplamağa güc verəcək.
Ciddi pəhrizə riayət etmək.
Hamilə qadının rasionu sağlam qidalanmaya əsaslanır, buna görə də, ac qalmağı nəzərdə tutmur. Dölün düzgün inkişafı üçün menyu zülal, yağlar, karbohidrat, vitamin və mineral maddələrlə zəngin olmalıdır. Gündəlik yağsız ət və balıqdan, süd məhsullarından (kəsmik daxil olmaqla), az miqdarda bitki yağından və iki litrdən çox mayedən istifadə etmək ən gözəl variantdır2. Bu qrup ərzaqların istifadə edilməsindən özbaşına imtina uşağın bu ərzaqların tərkibindəki qidalandırıcı maddələrdən məhrum edilməsi deməkdir. Buna görə də, əgər siz iştahanızı azaltmaq fikrinə gəlsəniz, öz həkiminizlə bunu necə etmək mümkün olduğu mövzusunda məsləhətləşin. Misal üçün, şişkinlik, artıq çəki, təngnəfəslik və yaxud daxili orqanların işləməsində pozuntular zamanı tövsiyə olunan qidalanmanın azaldığı günlər pəhrizə alternativ ola bilər. Bu zaman gün ərzində 1500 kkal-dan çox miqdarda olmayan qidanın 5-6 dəfəyə kiçik porsiyalarda qəbul olunması nəzərdə tutulur3. Qida miqdarının azaldıldığı zaman 2 litrdən az olmadan təmiz su içilməlidir. Ehtiyatlı olun, bu cür sınaqları həftədə bir dəfədən çox olmayaraq icra etmək olar. Müalicə edən ginekoloq xüsusilə sizin üçün menyu tərtib etməyə kömək edəcək.
Balanslaşdırılmış rasion tətbiq edildikdə belə, orqanizmə qida ilə birlikdə daxil olan qidalandırıcı maddələr və vitaminlər kifayət qədər olmaya bilər. Məhz buna görə hamiləlik zamanı gələcək analara xüsusi Elevit kompleksindən istifadə etmək tövsiyə olunur ki, bu da hamilə qadının vitamin və minerallara olan tələbatını təmin edəcəkdir.
İstiyə məruz qalmaq.
Əgər hamama getmək sizin üçün gözəl ənənəyə çevrilibsə, isti vanna qəbul etmə isə ən sevilən evsayağı spa-prosedur siyahısına daxildirsə, sizi məyus edəcəyik: siz bu əyləncədən imtina etməli olacaqsınız, çünki 39 dərəcədən yüksək olan hərarət gələcək uşağınız üçün təhlükəli ola bilər.
Siqaret çəkmək.
Siqaret çəkən qadınlarda maddələr mübadiləsi pozulur və estrogen çatışmazlığı4 riski artır, estrogen hormonu isə hamiləliyin normal inkişafı üçün çox vacibdir. Bundan əlavə, siqaret çəkmə damar divarlarının keçiricilik qabiliyyətinin pozuntusuna səbəb olur ki, bu da hamiləlik zamanı plasentanın keçiricilik qabiliyyətinin pozuntusunu əmələ gətirir, bununla əlaqəli olaraq uşaqda oksigen çatışmazlığı baş verir. Siqaretdən fərqli olaraq, arada zəif alkoqollu içkilərin qəbul edilməsinə icazə verilir. Məsələn, həftədə bir dəfə yarım qədəh qırmızı şərabın qəbul edilməsi yol verilən haldır. Pivənin tərkibində isə folatlar var ki, onların istifadəsi hamiləlik zamanı arzu olunandır. Təbii ki, köpüklü içkiyə faydalı maddə mənbəyi kimi baxılmamalıdır (bunun üçün tərkibində fol turşusu olan Elevit kimi vitamin-mineral kompleksləri mövcuddur), ancaq meyliniz çox çəkirsə, içkidən bir neçə qurtum almaqla nə sizə, nə də uşağınıza hec bir ziyan dəyməyəcək.
Uzunmüddətli hava uçuşları etmək.
Hamiləliyin ilk üç ayında sizin orqanizminiz yeni bir tərzdə çalışmağa başlayır, eləcə də qanın laxtalanması dəyişir. Bu müddətdə hava uçuşlarından imtina edin, ona görə ki, təzyiq dərəcəsinin dəyişməsi tromboz riskinin artmasına səbəb ola bilər. Səfəri ləğv etmək mümkün olmadıqda, uçuş vaxtı 4 saatdan çox olmayan reysə üstünlük verin, "kəmərləri bağlayın" tablosu söndürüldükdən sonra salonda kiçik bir gəzinti etmək yaxşı olar. Bundan sonra, üçüncü üç aylığa qədər xüsusi məhdudiyyətlər olmadan uçuş etməyə icazə verilir, lakin sizdə hər hansı bir fərdi məhdudiyyətlərinizin olub olmadığı barədə öz həkiminizlə qabaqcadan məsləhətləşməyi sizə tövsiyə edirik.
Olar:
Cinsi həyat yaşamaq.
Spermanın tərkibində bütün reproduktiv mərhələdə çox vacib olan prostaqlandinlər mövcuddur. Onlar endometriyanı dəstəkləyir, buna görə də, hamiləlik zamanı cinsi əlaqə qadağan edilmir, əksinə müsbət qarşılanır. Bəzi psixoloqlar öz növbəsində hesab edir ki, biz hamiləlik dövründə cinsi həyata lazımi qiymət vermirik, ancaq ana və atanın əlaqəsi uşağın psixoloji inkişafı üçün cox vacib ola bilər.
Polivitamin kompleksləri qəbul etmək.
Hamiləlik dövründə vitamin və qidalandırıcı maddələrin qəbulunun vacibliyinə qiymət verməmək çətin məsələdir. Xüsusi diqqət fol turşusuna ayrılmalıdır - bu vitamin orqanizmdə zülalin sintez olunmasında, hüceyrə reseptorlarının quruluşunda, mübadilə proseslərinin normallaşdırılmasında iştirak edir.
Fol turşusu zülalın sintez olunmasında, hüceyrə reseptorlarının quruluşunda, mübadilə proseslərinin normallaşdırılmasında yardımçı olur. Bu elementin çatışmazlığı döldə hüceyrələrin, orqan və sistemlərin inkişafındakı qüsurlardan başlayaraq yaşlı adamla onkoloji risklərin artması kimi müxtəlif vəziyyətlərin yaranmasına səbəb ola bilər. Elevit vitamin-mineral kompleksinin tərkibində vacib makro- və mikroelementlərlə (A vitamini, B, C, D, E qrupuna aid vitaminlər, sink, dəmir və s) bərabər 800 mkq fol turşusu vardır, buna görə də, onun hamiləliyin planlaşdırılması mərhələsində, uşağı dünyaya gətirməyə hazırlaşarkən və uşağı südlə qidalandırdıqda qəbul edilməsi tövsiyə edilir.
Dişlərin müalicəsi.
Həkim-ginekoloqlar məsləhət verir ki, "Mümkün olduqda, dişlərinizin müalicəsini ikinci trimestrədək saxlatdırın". İlk üç ayda döldə toxumaların və orqanların əmələ gəlməsi başlayır, buna görə də, ana çox ehtiyyatlı olmalıdır - bir sıra dərman preparatlarından istifadə uşağa ziyan vura bilər. Həmçinin ilk üç ay toksikoz halları, ağız suyunun artması, mədədə yanğı hissi ilə və digər xoşagəlməz simptomlarla xarakterizə olunur ki, nəticədə prosedurun icrasını qeyri-mümkün edə bilər. Belə çıxır ki, diş həkiminə müraciət etmək qadağan deyil, lakin ən ağır vəziyyət olduqda həkimə müraciət etmək yolveriləndir5. İkinci üç aylıqda vəziyyət bərabərləşir, döl formalaşıb və tam rahatlıqla dişləri müalicə etmək olar - müasir anesteziya vasitələri uşaq üçün kifayət qədər ziyansızdır, sizin orqanizminiz isə kiçik narahatlıqlara artıq hazır olacaqdır.
Daha çox gəzintiyə çıxmaq.
Davamlı gəzintilər orta dərəcəli fiziki yükləmələrin ən gözəl variantı hesab olunur. Əsas odur ki, havaya uyğun geyinmək və tələsmədən hərəkət etmək. Lazımi dərəcədə təmiz hava almaq üçün şəhərdən kənarda yerləşən, səs-küy və avtomobillərdən çıxan qazların olmadığı parka getmək daha əlverişlidir. Siz təbiətin gözəlliyindən zövq alınca, orqanizminiz də D vitamini ilə zənginləşir – o, orqanizm daxilində günəş şüalarının təsiri altında sintezləşir6. Bu vitamin uşağın sümük toxumalarının möhkəmlənməsi üçün əhəmiyyətli dərəcədə vacibdir, gözəl havada gəzinti isə onun balansını təmin edəcək. Hamilə qadınlara stress qadağandır, buna görə də, rahatlanmaq və gündəlik problemlərdən uzaq olmaq üçün hər andan istifadə edin. Gözəl havada parkdakı skamyalardan birində əlində kitabla əyləşib və yaxud aram addımlarla rəfiqənizlə gəzinti zamanı bir neçə saat maraqlı söhbətlər etməkdən yaxşı nə ola bilər? Əsl terapiya və müsbət emosiya mənbəyi!
- http://happy-womens.com/nuzhnyi-li-beremennyim-fizicheskie-nagruzki.html
- http://beremennost.net/pravilnoe-pitanie-vo-vremya-beremennosti
- http://easy-lose-weight.info/razgruzochnye-dni-dlya-beremennyh-pravila-i-raznovidnosti/
- http://faqukrstory.ru/zdorove/29326-pochemu-voznikaet-jestrogennaja-nedostatochnost.html
- http://www.novostom.ru/stati/lechenie-zubov-vo-vremya-beremennosti/
- http://www.takzdorovo.ru/pitanie/zdorovoe-pitanie/vitamin-d/
L.RU.MKT.CC.06.2016.1314