Skip to main content
  • Контакты
Home
  • 1 trimestr
    • Mənim bədənim
    • Qidalanma
    • Həyat tərzi
    • Yoxlama vərəqi
  • 2 və 3 trimestrlər
    • Mənim bədənim
    • Qidalanma
    • Həyat tərzi
    • Yoxlama vərəqi
  • Uşaq əmizdirmə
    • Mənim bədənim
    • Qidalanma
    • Həyat tərzi
    • Yoxlama vərəqi
  • Məhsullar
    • Qidalandırıcı Elevit ® 3
    • Elevit Pronatal
  • Anaların kitabxanası
  • Suallar və cavablar
Bayer
  1. Главная
  2. Anaların kitabxanası
  3. Hamiləlik zamanı nə yemək lazımdır?
Hamiləlik zamanı nə yemək lazımdır?

Hamiləlik zamanı nə yemək lazımdır?

Hamiləlik zamanı düzgün qidalanma çox əhəmiyyətlidir: gələcək ananın balanslaşdırılmış rasionu körpənin düzgün inkişaf etməsi üçün zəruri olan komponentlərin mənbələrindən biridir.

Hamilə qadın üçün "iki nəfərin yeməyini yemək" dedikdə "iki dəfə çox yemək" deyil, "iki dəfə yaxşı yemək" nəzərdə tutulmalıdır. Hamiləlik zamanı düzgün qidalanma yalnız gələcək uşağın sağlamlığı baxımından əhəmiyyətli deyil. Bu sizə özünüzü daha yaxşı hiss etməkdə, daha az yorulmaqda yardım edəcək, artıq çəki əldə etməyə imkan verməyəcək və doğuşdan sonra tez bir zamanda formanızı geri qaytarmaqda yardım edəcək. Bir neçə faydalı tövsiyə1:

  • Tez-tez və kiçik porsiyalarla qidalanın.
  • Çoxlu miqdarda su için.
  • Müxtəlif qidalar qəbul edin, ət, balıq, quş əti, yumurta, süd məhsulları, sıyıqlar, şorbalar, meyvə-tərəvəzlər, dənli bitkilər yeyin.
  • Ürəkbulanma hiss edirsinizsə, aclığa quru duzlu krekerlər və peçenye vasitəsilə güc gəlmək olar.
  • Yağlı, qızardılmış, acı, hisə verilmiş və şirin qidalardan uzaq durun. 

Həmçinin bilməlisiniz ki, hər bir trimestrdə hamilə qadının orqanizmində dəyişikliklər baş verir, buna görə, qidalanma rejimi hamiləliyin müxtəlif müddətlərində fərqli olacaq. Sizin və gələcək körpə üçün hansı məhsullar zəruridir?

Birinci trimestrdə qidalanma

Adətən, hamiləliyin birinci və ikinci aylarında, çəki, demək olar ki, artmır, ancaq üçüncü trimestrdə çəki bir-iki kq artır. Bu dövrdə, qidalandırıcı məhsullar yemək lazımdır və rasionunuz nə qədər müxtəlif olsa, o qədər yaxşıdır. Bunlar, ilk növbədə, fol turşusu ilə zəngin olan tərəvəzlərdir: brokkoli, brüssel kələmi, ispanaq, qulançar, avokado, mərcimək, qırmızı lobya. Kətan və günəbaxan tumlarında və fındıqda da (badamda, yerfındığında, fındıqda) fol turşusu çoxdur. Fol turşusu hamiləliyin erkən müddətlərində xüsusi əhəmiyyət kəsb edir, çünki o, uşağın, ürək və beyin kimi əsas orqanlarının formalaşmasına səbəb olur2.

Birinci mərhələdə dəmir mənbəyi olan balıq və ət yemək əhəmiyyətlidir, balıq və ət beynin formalaşmasını dəstəkləyir və intellektin inkişaf etməsinə səbəb olur. Unutmamaq lazımdır ki, Bu məhsullar mütləq termik emaldan keçməlidir: onların çiy şəkildə istifadə edilməsi toksoplazmoza, helmintoza gətirib çıxara bilər3.

Bir çox qadın hamiləliyin birinci trimestrində ürəkbulanmadan əziyyət çəkir. Vəziyyəti yüngülləşdirməyin üsullarından biri bütün gün ərzində tez-tez və az-az yemək, bol yeməkdən çəkinməkdir.

Artıq çəki əldə etməmək üçün, artıq birinci trimestrdə doymuş yağların, məsələn, kərə yağının və qaymağın istifadəsini azaldın.

Şirniyyatı meyvələrlə əvəz etməyə çalışın. Onların tərkibində sizin və uşaq üçün zəruri olan vitamin və minerallar var. Həmçinin onlar bağırsağın normal işləməsində yardım edən sellülozla zəngindir.

İkinci trimestrdə pəhriz

İkinci trimestrdə, qadının çəkisi artmağa başlayır və çəki, orta hesabla, üç ay ərzində beş kq artır. Bu dövrdə gələcək körpənin sümükləri formalaşır. Məhz buna görə, kalsiumla zəngin olan məhsulları yemək bu qədər əhəmiyyətli olur. Bura, hər şeydən öncə, süd məhsulları – qatıq, pendir, kəsmik, kefir və s. daxildir. Qatıq seçərkən, təbii olanlara üstünlük verin – onların tərkibində boyaq maddələri və şəkər olmur. Kalsiumun daha yaxşı həzm olunması üçün D vitamini lazımdır, buna görə, tez-tez günəşə çıxmağa çalışın4.

İkinci trimestrdə fol turşusuna olan tələbat yenə də yüksək olur. Buna görə, yaşıl tərəvəzlərdən və birinci trimestr üçün olan siyahıdan digər məhsullardan imtina etməyin.

Hamiləlik zamanı nə yemək lazımdır?

Uşaq daha da böyüyür və gələcək ananın bağırsağını sıxır – beləliklə qəbzlik əmələ gəlir. Buna görə, həkimlər çoxlu miqdarda qazsız su içməyi və daha çox həzmi yaxşılaşdıran sellüloz yeməyi tövsiyə edirlər. Qəbzlik zamanı, xüsusilə, yulaf və ya buğda kəpəyi yardım edəcək.

Hamilə qadınların daha bir yayılmış problemi qıcqırmadır. Yağlı və acı yeməklərdən uzaq durun (bu qıcqırmadan əziyyət çəkməyən hamilə qadınlara da aiddir), tez-tez, lakin az-az yemək yeyin, yeməyi yaxşıca çeynəyin və yeməkdən dərhal sonra yatmağa getməyin.

Yod qalxanabənzər vəzinin fəaliyyətini və körpənin beyninin normal inkişaf etməsini təmin edir5. Ən sadə mənbə yodlaşdırılmış duzdur. Bundan əlavə, dəniz məhsullarında da çoxlu miqdarda yod olur.

Üçüncü trimestrdə pəhriz

Üçüncü trimestr zamanı hamilə qadın təxminən altı kq çəki əldə edir, beləliklə, hamiləliyin sonunda onun çəkisi, orta hesabla 12 kq artır.

Əvvəlki trimestrlə müqayisədə qidalanma əsaslı şəkildə dəyişməli deyil, ancaq əvvəlki günlük rasiona daha 200 kkal əlavə etmək lazımdır.

Uşaq böyüyür və inkişaf edir, buna görə orqanizm üçün daha çox C vitamini və daha çox sellüloz tələb olunur.

C vitamini orqanizmə məhsullardan əldə olunan dəmirin həzm edilməsində yardım edir. C vitaminin əsas mənbəyi meyvələrdir. Səhər yeməyi olaraq portağal və ya yarım dənə qreypfrut, nahar üçün iki kivi, alma, armud, üzüm, qarpız – budur, siz sutkalıq dozanı əldə etdiniz6.

Doğuş yaxınlaşdıqca, orqanizmə uşaq doğulduqdan sonra sizə formanızı geri əldə etməyinizdə yardım edəcək dəmirin, vitaminlərin və antioksidləşdiricilərin daxil olmasını artırmaq lazımdır.

Aşağıda düzgün qidalanma üçün lazım olan minerallar cədvəli göstərilib:

MinerallarTərkibinə daxil olduqları məhsullar
Fol turşusuBrokkoli, ispanaq, yaşıl kahı, avokado, fındıq, tum
KalsiumSüd məhsulları (süd, qatıq, pendir, kəsmik), kalsiumla zəngin mineral su
Vitamin DYağlı balıq (qızılbalıq, sardina, skumbriya)
DəmirƏt, balıq
YodYumurta, balıq, xərçəngkimilər, süd məhsulları, yodlaşdırılmış duz

Ananın hamiləlik zamanı qidalanması körpənin sağlamlığına təsir göstərən, həqiqətən əhəmiyyətli olan bir amildir. Lakin tədqiqatlara əsasən,Rusiyada, qadınların 70-80%-i, ilin fəslindən asılı olmayaraq, vitamin çatışmazlığından əziyyət çəkir7. Qidalanma zamanı ananın vitamin və mineral çatışmazlığını doldurmaqda vitamin-mineral komplekslər yardım edəcək.

Uşaqda allergiyanın yaranmasının qarşısını almaq olarmı

Alimlər hamiləlik mərhələsində uşağın qida allergiyasının qarşısının necə alınmasını öyrənə bilməyiblər. Sizin, məsələn, hamiləlik müddəti ərzində yerfındığı yeməməyiniz o demək deyil ki, uşaqda sonradan yerfındığına allergiya inkişaf etməyəcək. Onun inkişaf mexanizmi bu günədək öyrənilməyib. Buna görə, həkimlər hamilə qadınlara gələcək allergiya qorxusundan hər hansı bir məhsuldan imtina etməyi tövsiyə etmirlər, çünki belə etməklə siz özünüzü əhəmiyyətli qidalandırıcı maddələrdən məhrum edəcəksiniz.

Hamiləlik zamanı yeyilməməli olan məhsullar

Tövsiyə olunmur

Soyanın tərkibində ananın və körpənin hormonal sisteminə təsir göstərə biləcək fitoestrogenlər var. Buna görə, hər ehtimala qarşı, həkimlər soya əsaslı məhsullardan sui-istifadə etməməyi tövsiyə edir.

Həddindən çox qəhvə və çay içmək Həddindən çox çay digər məhsullardan daxil olan dəmirin sorulmasına maneçilik törədir. Həkimlər melissa, yaxud zəncəfil və ya itburnu içkilərinə etiraz etmirlər, lakin o şərtlə ki, siz onlardan gündə iki-üç fincandan artıq istifadə etməyəcəksiniz.

Çiy məhsullardan uzaq durun, ət və yumurtdan hazırlanmış bütün yeməklər termik emal tələb edir.

Ссылки

  1. Nutrition Information Centre University of Stellenbosch. https://www.sun.ac.za/english/faculty/healthsciences/nicus/Documents/Files/Files/Fact_sheets/Pregnancy%20and%20Nutrition.pdf
  2. NHS. Vitamins, supplements and nutrition in pregnancy. https://www.nhs.uk/conditions/pregnancy-and-baby/vitamins-minerals-supplements-pregnant/#folic-acid-before-and-during-pregnancy
  3. NHS. Toxoplasmosis. https://www.nhs.uk/conditions/toxoplasmosis/
  4. NHS. Vitamin D in pregnancy. https://www.nhs.uk/conditions/pregnancy-and-baby/vitamins-minerals-supplements-pregnant/#vitamin-d-in-pregnancy
  5. American Thyroid Association. Iodine Deficiency. https://www.thyroid.org/iodine-deficiency/
  6. NHS. Vitamin C in pregnancy. https://www.nhs.uk/conditions/pregnancy-and-baby/vitamins-minerals-supplements-pregnant/#vitamin-c-in-pregnancy
  7. Коденцова В.М., Вржесинская О.А. Витамины в питании беременных и кормящих женщин. // Вопросы гинекологии, акушерства и перинатологии. 2013. Т. 12. № 3. С. 38-50.

Читать также

Hamiləlik zamanı qıcqırma

Hamiləlik zamanı qıcqırma

Hamiləlik zamanı çəkinin artması

Hamiləlik zamanı çəkinin artması

Зачем нужны витамины малышу во втором и третьем триместре?

Зачем нужны витамины малышу во втором и третьем триместре?

Смотреть все

Dərman vasitəsi deyil. BAƏ. Əks göstərişlər var.

Home
  • 1 trimestr
    • 2 və 3 trimestrlər
    • Uşaq əmizdirmə
    • Məhsullar
  • Anaların kitabxanası
    • Suallar və cavablar
    • Peşəkarlar üçün

Bayer

© 2015–2019 "BAYER" SC Bütün hüquqlar qorunur

L.AU.MKTG.08.2017.01049
Son yeniləmə: 5 May, 2019

  • Əlaqə vasitələri
  • Saytdan istifadə qaydaları
  • Sayt haqqında məlumat
  • Saytın xəritəsi
  • Şirkət haqqında
  • Şəxsi məlumatların qorunması
  • Kuki Ayarları


Yan təsir və ya məhsulun keyfiyyətinə dair şikayət barədə xəbər vermək istəyirsinizsə, səhiyyə mütəxəssisləri ilə (məsələn, həkim və ya əczaçı ilə) əlaqə saxlamağınızı və ya tənzimləyici orqanlara müraciət etməyinizi xahiş edirik. Müraciətləri həmçinin aşağıdakı ünvana göndərmək olar: drugsafety.russia@bayer.com