Hamiləlik zamanı çəkinin artması
Hamiləlik zamanı qadın üçün, gözlənilən körpəni zəruri minerallardan və qidalandırıcı maddələrdən məhrum etməmək üçün, müxtəlif qidalar qəbul etmək əhəmiyyətlidir. Artıq çəki də, çəkinin azalması da eyni dərəcədə təhlükəlidir. Lakin faktlar sübut edir ki, Avropa və Amerika qadınlarının yarısından çoxunun çəkisi hamiləlik müddəti ərzində tövsiyə olunandan çox artır1. Buna görə, indi heç bir fayda verməyən, yalnız artıq çəkiyə səbəb olan şeylərdən imtina etməyin vaxtıdır: şirin şeylər, yağlı yeməklər, fastfud. Artıq çəki hamiləliyin gedişatında və doğuş zamanı problemlərə səbəb ola bilər.
Optimal çəki necə olmalıdır?
Hamiləlik zamanı çəkinin ortalama artımı təxminən 10-12,5 kq təşkil edir2. Lakin uşaq 3-4 kq çəki ilə doğulur, qalan çəki haradandır və artıq çəki nə vaxt çəkilir?
Dölün özündən əlavə, uşaqlıq da, uşaq əmizdirməyə hazırlaşaraq, döş də böyüyür. Əzələlər və piyin miqdarı artır – orqanizm enerji toplayır.
Bununla da qadının hamiləlik zamanı topladığı kiloqramlar paylanır3:
2,7-3,6 kq – əzələ və piydir, onlar gələcək anaya əlavə enerji mənbəyi verir,
0,45-1,4 kq – uşaq əmizdirmənin əvvəlində döşün çəkisidir,
0,9 kq – dölyanı sulardır,
1,4-1,8 kq – qan və üzvi mayelərdir ki, onların sayəsində uşaq zəruri oksigeni əldə edir,
0,9 kq – uşaqlıqdır (adi çəkidən 20 dəfə çox),
0,7 kq – əsas element olan ciftdir; onun vasitəsilə döl qidalandırıcı maddələr əldə edir.
Gələcək körpənin çəkisini əlavə edin və siz qadının doqquz ay ərzində artırdığı təxmini çəkini əldə edəcəksiniz.
Həkimlər iddia edirlər ki, hər şey fərdi olaraq dəyişir və hamiləlik zamanı artan çəki üzrə vahid standart mövcud deyil. Lakin işi axışına buraxmaq, nə gəldi yemək və tərəzi haqqında tamamilə unutmaq olmaz. Çəkinizə nəzarət edin – hamiləlik zamanı bir çox problemin qarşısını almış olacaq və asanlıqla əvvəlki çəkinizə qayıdacaqsınız. Sizin uşaq əmizdirmək üçün "strateji ehtiyatlarınız" qalacaq. Narahat olmayın, artıq çəki gəldiyi kimi tez bir zamanda da çıxıb gedəcək. Lakin bu müstəsna olaraq hamiləlik və laktasiya zamanı düzgün qidalanmağınız şərti ilə baş verəcək.
Hamiləlik zamanı çəki cədvəli
Hamiləlik zamanı tövsiyə olunan çəki artımı normal bədən çəkisi indeksi olan qadınlar üçün 11,5-16 kq təşkil edir. Artıq çəkidən əziyyət çəkənlərə hamiləlik zamanı bir az az çəki artırmaq tövsiyə olunur – 7 kq-dan 11,5 kq-dək. Əkiz və ya üçəm gözləyənlər, əksinə, daha çox çəki artırmalıdır. Məsələn, çoxdöllü əkiz hamiləliyi zamanı normal çəkili qadınlar üçün tövsiyə olunan çəki artımı 16,8 kq-dan 24,5 kq-dək təşkil edir3.
Hamiləlik zamanı trimestrlər üzrə çəki artımı fərqli olur3. Qadının çəkisi ən az birinci trimestrdə artır – 1,6 kq-dan 2,3 kq-dək. Birinci trimestrdə ürəkbulanma səbəbi ilə, adətən, iştaha olmur və kiçik çəki azalması baş verə bilər.
İkinci və üçüncü trimestrlərdə qadının çəkisi bir həftə ərzində orta hesabla 200 qr-dan 500 qr-dək artır.
Hamiləlik zamanı çəki artımı: həftələr üzrə cədvəl, çəki kq ilə
Həftə | Minimum | Orta çəki | Maksimum |
---|---|---|---|
14 | 1,1 | 1,5 | 1,9 |
15 | 1,6 | 2 | 2,4 |
16 | 1,9 | 2,3 | 2,8 |
17 | 2,2 | 2,8 | 3,4 |
18 | 2,5 | 2,8 | 3,4 |
19 | 3 | 3,7 | 4,5 |
20 | 3,5 | 4,2 | 5 |
21 | 3,9 | 4,7 | 5,6 |
22 | 4,2 | 5,2 | 6,2 |
23 | 4,6 | 5,7 | 6,9 |
24 | 4,9 | 6,1 | 7,4 |
25 | 5,3 | 6,6 | 8 |
26 | 5,6 | 7 | 8,5 |
27 | 6 | 7,5 | 9 |
28 | 6,3 | 7,9 | 9,5 |
29 | 6,7 | 8,3 | 9,9 |
30 | 7 | 8,7 | 10,4 |
31 | 7,3 | 9 | 10,8 |
32 | 7,5 | 9,4 | 11,3 |
33 | 7,8 | 9,7 | 11,7 |
34 | 8,1 | 10,1 | 12,1 |
35 | 8,4 | 10,5 | 12,6 |
36 | 8,6 | 10,8 | 13 |
37 | 9 | 11,2 | 13,5 |
38 | 9,3 | 11,6 | 14 |
39 | 9,4 | 11,7 | 14,1 |
40 | 9,5 | 11,8 | 14,2 |
Hamiləlik zamanı çəkini necə düzgün öyrənmək olar
Həkimlər hər gün çəkini öyrənməyi tövsiyə etmirlər, bu məlumat həmişə doğru olmur, dəyişiklikləri görmək həmişə alınmır, xətalar böyük olur və, ümumiyyətlə, bu artıq həyəcana gətirib çıxara bilər. Düzgün variant: çəkinizi həftədə bir dəfə, səhər acqarına ölçün. Eyni tərəzidən istifadə etmək əhəmiyyətlidir, indi "dinamika" üstünlük təşkil edir. Çəkinizi yalnız evdə və ya ginekoloqunuzun kabinetində öyrənin.
Çəki niyə artır?
Artıq çəkinin səbəbi orqanizmin hormonal yenidən qurulmasıdır ki, bunun nəticəsində, gələcək ana daima aclıq hissi keçirir. Bir çox hamilə qadınlar bundan sonra iki nəfərin yeməyini yeməli olduqları qərarına gəlirlər. Bunu etmək lazım deyil. Sadəcə iki dəfə yaxşı yeyin – daha çox deyil, daha müxtəlif, daha düzgün. Və orqanizminizi hər bir mərhələ üçün uyğunlaşdırılmış Elevit vitaminləri vasitəsilə dəstəkləyin: qadınların ikinci və üçüncü trimestrlərdə qəbul etməsi məqsədəuyğun olan Elevit Pronatal** və doğuşdan sonrakı dövr üçün Elevit Uşaq əmizdirmə*.
Ссылки
* Не является лекарственным средством. БАД. Имеются противопоказания. ** Предполагаемый период использования в рамках линейки витаминно-минеральных комплексов Элевит. Согласно инструкции, Элевит Пронаталь может применяться на этапе планирования беременности, в период беременности, после родов и в период грудного вскармливания.
- Доклад «Здоровое питание матери: лучшее начало жизни» ВОЗ, Европейское региональное бюро 2016.
- https://www.nhs.uk/common-health-questions/pregnancy/how-much-weight-will-i-put-on-during-my-pregnancy/
- Poston L. Gestational weight gain // https://www.uptodate.com/contents/gestational-weight-gain, дата обращения 07.10.2018.