Skip to main content
  • Контакты
Home
  • 1 trimestr
    • Mənim bədənim
    • Qidalanma
    • Həyat tərzi
    • Yoxlama vərəqi
  • 2 və 3 trimestrlər
    • Mənim bədənim
    • Qidalanma
    • Həyat tərzi
    • Yoxlama vərəqi
  • Uşaq əmizdirmə
    • Mənim bədənim
    • Qidalanma
    • Həyat tərzi
    • Yoxlama vərəqi
  • Məhsullar
    • Qidalandırıcı Elevit ® 3
    • Elevit Pronatal
  • Anaların kitabxanası
  • Suallar və cavablar
Bayer
  1. Главная
  2. 1 trimestr
  3. Yoxlama vərəqi
Hamiləliyin planlaşdırılmasında yardım edəcək yoxlama vərəqi

Hamiləliyin planlaşdırılmasında yardım edəcək yoxlama vərəqi

Rahatlıq üçün onu yükləyə və ya çap edə bilərsiniz.

Qidalanma

◯ 

Sağlam qidalanma prinsiplərinə riayət edin

♀♂
Yaxşı balanslaşdırılmış, çeşidli, meyvə-tərəvəzlərin bol olduğu qidalanma orqanizminizi hazırlamaqda və yaxşı əhval-ruhiyyəni qoruyub saxlamaqda yardım edəcək.

 

◯ 

Hamilələr üçün vitamin qəbul etməyə başlayın

♀
o Mayalanmadan sonrakı birinci 6-8 həftə uşağınızın inkişafı üçün, o cümlədən onun həyati əhəmiyyət kəsb edən orqanları üçün həlledici əhəmiyyətə malikdir. Buna baxmayaraq, qadınların çoxu hamiləliyi barədə yalnız menstruasiya gecikməsi baş verdiyi zaman öyrənir, bu dövrə qədər isə körpə artıq bir neçə həftədir ki, inkişaf etmiş olur.

Tələbatlarınızın və böyüyən körpənin tələbatlarının dəstəklənməsi üçün vitamin-mineral ehtiyatının yaradılması vaxt tələb edə bilər və Siz zəruri olan bütün hər şeyi sadəcə yeməkdən əldə etməyə də bilərsiniz. Elevit kimi hamilələr üçün vitamin-mineral kompleksinin qəbulu orqanizmə zəruri qidalandırıcı maddələrin daxil olmasına səbəb olacaq və həm ananın, həm də uşağın tələbatlarını qarşılayacaq. Eleviti təxmin olunan mayalanmadan ən azı 1 ay əvvəl qəbul etməyə başlamaq əhəmiyyətlidir.

 

Həyat tərzi

◯ 

Çəkinizə nəzarət edin

♀♂
o Normal çəki hər iki partnyor üçün əhəmiyyətlidir, çünki çatışmayan və ya artıq çəki mayalanma ehtimalına mənfi təsir göstərə bilər. Optimal bədən çəkisi indeksini (BÇİ) əldə etməyə çalışın, bu göstərici 18.5-dən 24.99-dək təşkil edir

(BÇİ sərbəst şəkildə hesablana bilər, bunun üçün aşağıdakı düstur istifadə edilməlidir:
BÇİ = çəki kq ilə/ (boy m² ilə)
Məsələn, çəkisi 61 kq, boyu 1,60 m olan qadının BÇİ-si = 23.8)
Orqanizmini təshih tələb edirsə, bu problemi planlaşdırılan mayalanmadan ən azı 2-3 ay əvvəl həll etməyə çalışın, çünki çəkidə baş verən ciddi dəyişikliklər hormonal fona təsir göstərir.

 

◯ 

Zərərli vərdişlərdən qurtulun

♀
Ən düzgün qərar mayalanma cəhdləri dövründə, hamiləlik və uşaq əmizdirmə zamanı alkoqol və siqaretdən tamamilə imtina etməkdir.
 
♂
Spermanın tərkibinin sağlam olması üçün, kişilərə də siqaretdən və həddindən artıq alkoqol istifadəsindən çəkinmək tövsiyə olunur.

 

◯ 

Kofein istifadəsini azaldın

♀♂
Kofeindən istifadəni maksimum gündə 100 mq-a qədər endirməyə çalışın ki, bu da təxminən 1 porsiya espressoya uyğundur. Unutmayın ki, kofein şokoladın, çayın, bəzi sərinləşdirici və energetik içkilərinin tərkibində olur.

 

◯ 

Əsəbiləşməməyə çalışın

♀
 Stress münasibətlərinizə mənfi təsir göstərə və cinsi istəyi azalda bilər. Əgər sizə əsəblərinizi sakitləşdirmək lazımdırsa, yoqa və meditasiya kimi stressin idarə edilməsi üsullarından istifaə edin.

 

◯ 

Fiziki aktiv olun

♀♂
Aktiv həyat tərzi və yüngül yüklənməli müntəzəm fiziki məşğələlər əzələləri tonusa gətirməkdə və qan dövranını yaxşılaşdırmaqda yardım edəcək. Niyə də bunu partnyorunuzla birlikdə etməyəsiniz?

 

Mayalanma şansının artması

◯ 

Ovulyasiya vaxtına nəzarət edin

♀
Ovulyasiya vaxtını dəqiqliklə bilərək, Siz mayalanma üçün ən yaxşı vaxtı müəyyən edə biləcəksiniz. Tətbiqimizdən istifadə edin və ya aptekdə ovulyasiyanın müəyyən edilməsi üçün test əldə edin, onlar Sizə mayalanma üçün ən uyğun günlərin müəyyən edilməsində və hamiləliyin baş verməsi ehtimalını artırmaqda yardım edəcək.

 

◯ 

Müntəzəm, lakin gündəlik olmadan cinsi əlaqədə olun

♀♂
Bir çox cütlük özlərini ovulyasiya üçün "qoruyub saxlayır", çünki hesab edir ki, cinsi akt mayalanma üçün yalnız düzgün vaxtda effektiv olacaq. Bu, həqiqətən də belədir, lakin cinsi münasibətdə sadəcə təxmin olunan ovulyasiya vaxtı deyil, hər istədiyiniz vaxt olun.

Müntəzəm cinsi münasibət spermatozoidlərin hərəkətliliyini artırır, buna baxmayaraq, gündəlik cinsi aktlar zamanı (gündəlik eyakulyasiya zamanı) spermanın miqdarı və keyfiyyəti azalır.

Toxum hüceyrəsinin sağ qalma müddəti cəmi bir sutka təşkil edir, halbuki spermatozoidlər fallop borularında 5 günədək müddət ərzində sağ qalır (cinsi aktdan sonrakı hər növbəti gün spermanın sağ qalma qabiliyyəti aşağı düşür), buna görə 2-3 gündə bir dəfə cinsi akt optimaldır – bununla siz ovulyasiya zamanı mayalanma imkanlarını artıracaqsınız, sikliniz qeyri-müntəzəm olsa belə.

 

◯ 

Poza əhəmiyyət kəsb edirmi?

♀♂
Cinsi münasibət pozalarının sadəcə bir hissəsinin mayalanma üçün uyğun olduğu barədə yayılmış fikrə baxmayaraq, əslində bu belə deyil.

Spermatozoidlər toxum hüceyrəsinə doğru sürətli hərəkət üçün xüsusi qamçılara malikdir, buna görə siz sizin üçün rahat olan istənilən pozada həzz ala bilərsiniz! Buna baxmayaraq, cinsi aktdan sonra bir neçə dəqiqə beliniz üstə uzanmağa və sakitləşməyə çalışın, spermanı cazibə qüvvəsinə qarşı işləməyə məcbur etməyin.

 

◯ 

Partnyorunuz üçün məsləhətlər

♂
Partnyorunuza qasıq nahiyəsinin həddindən çox isinməsini (hamama getməni, qaynar vannaların qəbulunu, tez-tez velosiped sürməni, noutbuku dizləri üstə tutmaq vərdişini, habelə dar alt paltarı geyinməyi) istisna etməyi tövsiyə edin. Sperma üçün optimal temperatur bədən temperaturundan aşağıdır və +33-35 C təşkil edir, buna görə, tez-tez həddindən çox isinmə zamanı spermatozoidlər daha zəif hərəkət edir ki, bu da mayalanma ehtimallarını azaldır.

 

◯ 

Bir-birinizi sevin və xoşbəxt olun!

♀♂
Tövsiyə nə qədər bayağı olsa da, cütlüklərin çoxu, bir neçə uğursuz mayalanma cəhdlərindən sonra, diqqətini tamamilə nəticəyə yönəldir, qrafiklə yaşayır və, nəticə olaraq, cinsi münasibətdən artıq həzz almır. Və bu böyük bir xətadır, çünki çoxsaylı tədqiqatlarla sübut edilmişdir ki, xoşbəxtlik hormonları hər iki partnyora yaxşı təsir göstərir və mayalanma ehtimallarını artırır.

Unutmayın ki, cütlüklərin çoxunda mayalanma il ərzində qorunmasız cinsi aktlar nəticəsində baş verir və yalnız daha uzun müddət ərzində baş verməyən hamiləlik problemin diaqnostikası üçün həkimə müraciət etməyə əsas hesab olunur.

Daha az əsəbiləşməyə çalışın, bir-birinizi sevin, hər gününüzdən həzz alaraq yaşayın. Biz əminik ki, sizdə hər şey alınacaq!

 

Vacib tibbi müayinələr

◯ 

Ginekoloqa baş çəkin

♀
Hamilə qalmaq cəhdi barədə həkimlə söhbət edin. Həkim Sizə əhəmiyyətli tövsiyələr verə bilər, məsələn, tələb oluna biləcək analizlərlə, mayalanmayan təsir göstərə biləcək dərmanlarla əlaqədar olaraq. Hamiləliyin qarşısını alan dərman vasitələrindən istifadə edirsinizsə, onların qəbulunu dayandırmazdan öncə həkimlə məsləhətləşin.

 

◯ 

Stomatoloqa baş çəkin

♀
Stomatoloqun yanına gedin ki, ağız boşluğunuzun sağlam vəziyyətdə olduğundan əmin olasınız. Hamiləlik və uşaq əmizdirmə zamanı dişlərin və diş ətinin müalicə olunması üçün tələb oluna biləcək bir çox dərmanı qəbul etmək olmaz, buna görə, hamilə qalmağa cəhd göstərməzdən öncə, zəruri müalicədən keçin.

 

◯ 

Və nəhayət...

♀♂
Hamiləliyin baş verməsi üzrə planlarınızda Sizə uğurlar arzulayırıq! Dincəlməyi və birlikdə vaxtınızı şən keçirməyi unutmayın, axı sizi irəlidə heyranedici səyahət gözləyir.

Библиотека мам

Hamiləliyin planlaşdırılması zamanı hansı vitaminlər qəbul edilməlidir?

Hamiləliyin planlaşdırılması zamanı hansı vitaminlər qəbul edilməlidir?

Hamiləliyə hazırlıq zamanı öz reproduktiv siklinizi necə öyrənmək olar?

Hamiləliyə hazırlıq zamanı öz reproduktiv siklinizi necə öyrənmək olar?

Смотреть все

Dərman vasitəsi deyil. BAƏ. Əks göstərişlər var.

Home
  • 1 trimestr
    • 2 və 3 trimestrlər
    • Uşaq əmizdirmə
    • Məhsullar
  • Anaların kitabxanası
    • Suallar və cavablar
    • Peşəkarlar üçün

Bayer

© 2015–2019 "BAYER" SC Bütün hüquqlar qorunur

L.AU.MKTG.08.2017.01049
Son yeniləmə: 5 May, 2019

  • Əlaqə vasitələri
  • Saytdan istifadə qaydaları
  • Sayt haqqında məlumat
  • Saytın xəritəsi
  • Şirkət haqqında
  • Şəxsi məlumatların qorunması
  • Kuki Ayarları


Yan təsir və ya məhsulun keyfiyyətinə dair şikayət barədə xəbər vermək istəyirsinizsə, səhiyyə mütəxəssisləri ilə (məsələn, həkim və ya əczaçı ilə) əlaqə saxlamağınızı və ya tənzimləyici orqanlara müraciət etməyinizi xahiş edirik. Müraciətləri həmçinin aşağıdakı ünvana göndərmək olar: drugsafety.russia@bayer.com