Skip to main content
  • Контакты
Home
  • 1 trimestr
    • Mənim bədənim
    • Qidalanma
    • Həyat tərzi
    • Yoxlama vərəqi
  • 2 və 3 trimestrlər
    • Mənim bədənim
    • Qidalanma
    • Həyat tərzi
    • Yoxlama vərəqi
  • Uşaq əmizdirmə
    • Mənim bədənim
    • Qidalanma
    • Həyat tərzi
    • Yoxlama vərəqi
  • Məhsullar
    • Qidalandırıcı Elevit ® 3
    • Elevit Pronatal
  • Anaların kitabxanası
  • Suallar və cavablar
Bayer
  1. Главная
  2. Uşaq əmizdirmə
  3. Yoxlama vərəqi
Qidalandırma

Analığın ilk aylarında istifadə olunan yoxlama vərəqi

Yoxlama vərəqi

◯ 

Doğum haqqında şəhadətnaməni alın

♀♂
Gənc valideynləri maraqlandıran ən əsas məsələlərdən biri də uşağa ad seçməkdir. Doğum haqqında şəhadətnamənin verilməsi barədə ərizə uşaq doğulduqdan sonra bir ay ərzində VVAQ şöbəsinə təqdim olunmalı olduğuna görə bu barədə qabaqcadan düşünmək lazımdır.

 

◯ 

Körpənin qeydiyyatını rəsmiləşdirin

♀♂
Yaşayış yeri üzrə qeydiyyat uşaq bağçasına, məktəbə, poliklinikaya yazılmaq kimi digər sosial üstünlüklərdən istifadə etmək imkanı verir. Sənədləşmə üçün tələb olunan sənədlərin siyahısını Siz FMXİ-nin rayon şöbəsində dəqiqləşdirə bilərsiniz.

 

◯ 

Uşaq üçün icbari tibbi sğorta (İTS) polisi hazırlayın

♀♂
Uşaq üçün İTS polisi hazırlamaq üçün valideynlər sığorta şirkəti seçməli və onun nümayəndəliklərdən birinə müraciət etməlidir. 14 yaşadək olan uşaqlar üçün sığorta polisi valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən əldə edilə bilər.

 

◯ 

Dövlət maliyyə müavinətlərinin alınması üçün ərizə təqdim edin

♀♂
Uşağa qulluq üzrə analıq məzuniyyəti və ailəvi pul müavinəti almaq hüququnuzu işəgötürənlə dəqiqləşdirin. Əgər siz işləmirsinizsə, Əhalinin sosial müdafiəsi idarəsinə məlumat üçün müraciət edin.

 

◯ 

Doğuşdan sonrakı tibbi müayinədən keçin

♀
Doğuşdan təqribən 6 həftə sonra Sizin orqanizminizin normaya düşdüyündən əmin olmaq üçün həkim qəbuluna yazılın. Hər hansı problemlər varsa onları müzakirə etmək üçün ən uyğun vaxtdır.

 

◯ 

Vitamin-mineral kompleksi qəbul edin

♀
Uşağın ana südü ilə qidalandırıldığı müddətdə qidalandırıcı maddələrə tələbat 188%3-dək artır. Laktasiya vaxtı ancaq qida ilə daxil olan vitamin və minerallar Sizə və uşağa kifayət etməyə bilər, adətən bir çox ərzaqlar uşağa təsir göstərir ki, onları rasiondan xaric etmək lazımdır. Siz rasionunuza Elevit kimi vitamin-mineral kompleksini əlavə edə bilərsiniz. Hər bir həbin tərkibində enerji mənbəyi olan dəmir, sağlam sümüklər üçün kalsium, stresə qalib gəlməkdə kömək edən B qrupuna daxil olan vitaminlər, eləcə də, immunitetin qorunması üçün C vitamini və sink vardır.

 

◯ 

Uşağın peyvənd olunması və müayinədən keçməsi barədə təqvimdə qeydlər aparın

♀♂
Uşağın pediatr tərəfindən müntəzəm müayinələrini planlaşdırın: uşağın 1 ayınadək hər 2 həftədən bir, sonra isə uşağın 1 yaşınadək ayda 1 dəfə. Həyatın ilk ili ərzində vaksinasiya 1, 2, 3,4,5, 6 və 12-ci ayında həyata keçirilir.

 

◯ 

Uşağın təhsili barədə qabaqcadan düşünün

♀♂
Əgər siz uşağınızı dövlət uşaq bağçasına yazdırmağı planlaşdırırsınızsa, bunun üçün lazım olan bütün zəruri sənədləri (qeydiyyat barədə şəhadətnaməni) hazırladıqdan sonra növbəyə durmağa çalışın. Uşaq üçün dayə tutmağı planlaşdırırsınızsa lazım olan vaxta 2-3 ay qalmış axtarışlara başlayın. Əgər uşağınızın özəl məktəbdə təhsil almağını istəyirsinizsə, elə indidən məlumat toplamağa başlayın, çünki özəl məktəblərə bir neçə il əvvəlcədən növbə tutulur.

 

◯ 

Öz rejiminizə fiziki aktivlik qatın

♀
Uşaq doğulduqdan sonra çanağın aşağı hissələrinin və qarın əzələlərinin tonusunun bərpa olunmasına ehtiyac vardır. Yüngül idman hərəkətlərinə qanaxma sona çatdıqdan dərhal sonra yol verilir. İntensiv fiziki yükləməyə fiziolojı doğuşdan 2 ay sonra və qeysəriyyə əməliyyatından 4 ay sonra yol verilir.

 

◯ 

Kontraseptiv vasitələrdən istifadə edin

♀
Əgər Siz yaxın zamanda yeni hamiləlik planlaşdırmırsınızsa, bu halda kontrasepsiya vasitələrindən istifadə edin. Mövcud olan fikrə əks olaraq, ana südü ilə qidalandırma adekvat kontrasepsiya üsulu hesab edilmir. Ana südünə mənfi təsir göstərməyəcək kontrasepsiya üsulları barədə həkimdən məlumat alın.

Библиотека мам

Узнай о витаминном комплексе для кормящих мам

Uşaq əmizdirən analar üçün vitamin kompleksi barədə öyrən

Какие изменения происходят в организме женщины после родов?

Doğuşdan sonra qadının orqanizmində hansı dəyişikliklər baş verir?

Смотреть все

Dərman vasitəsi deyil. BAƏ. Əks göstərişlər var.

Home
  • 1 trimestr
    • 2 və 3 trimestrlər
    • Uşaq əmizdirmə
    • Məhsullar
  • Anaların kitabxanası
    • Suallar və cavablar
    • Peşəkarlar üçün

Bayer

© 2015–2019 "BAYER" SC Bütün hüquqlar qorunur

L.AU.MKTG.08.2017.01049
Son yeniləmə: 5 May, 2019

  • Əlaqə vasitələri
  • Saytdan istifadə qaydaları
  • Sayt haqqında məlumat
  • Saytın xəritəsi
  • Şirkət haqqında
  • Şəxsi məlumatların qorunması
  • Kuki Ayarları


Yan təsir və ya məhsulun keyfiyyətinə dair şikayət barədə xəbər vermək istəyirsinizsə, səhiyyə mütəxəssisləri ilə (məsələn, həkim və ya əczaçı ilə) əlaqə saxlamağınızı və ya tənzimləyici orqanlara müraciət etməyinizi xahiş edirik. Müraciətləri həmçinin aşağıdakı ünvana göndərmək olar: drugsafety.russia@bayer.com