Hamilələr üçün vitaminlər
Diyetoloqların tövsiyələrinə əsasən, orqanizmin hamiləliyə və doğuşa hazırlanmasının əsas üsulu rasiona daha çox meyvə-tərəvəzlərin, balığın və süd məhsullarının əlavə edilməsi, fastfuddan və sağlamlıq verməyən məhsullardan imtina edilməsi və aktiv həyat tərzidir. Menyu ən müxtəlif menyu olsa belə, hamiləlik dövründə qidalandırıcı maddələr kifayət etməyə bilər. Burada yardıma vitaminlər gələcək.
Vitaminlər nədir?
Vitaminlər orqanizmdə sözün əsl mənasında hər bir hüceyrədə və toxumada biokimyəvi proses tənzimləyiciləri funksiyalarını yerinə yetirən və onlar olmadan biokimyəvi reaksiyaların baş verə bilmədiyi müxtəlif quruluşlu maddələrdir. Vitaminlər orqanizmdə, demək olar ki, əmələ gəlmir və insan onları daha çox qida ilə birlikdə əldə edir. Bəzi vitaminlər orqanizmdə sintez oluna bilər: məsələn, D vitamini dəridə ultrabənövşəyi şüaların təsiri altında əmələ gəlir. İdeal olaraq insan bütün vitamin və mineralları təbii yolla əldə etməlidir, lakin bu cür olan halda, onun rasionu maksimal dərəcədə müxtəlif və istifadə olunan məhsulların miqdarı və keyfiyyəti üzrə kifayət qədər olmalıdır ki, müasir şəraitdə buna nail olmaq çox çətindir. Həmçinin elə olur ki, hər hansı səbəblə vitaminlərin tam həcmdə mənimsənilməsi pozulur və ya onların yüksək miqdarda istifadə edilməsi müşahidə olunur, məsələn, hamiləlik və laktasiya zamanı. O zaman vitaminlərin adekvat şəkildə təmin olunması daha böyük problemlər yaradır.
Vitamin və mineral çatışmazlığını vitamin-mineral kompleksi vasitəsilə doldurmaq olar. Sintetik vitaminlər, tərkibinə görə qida məhsullarının tərkibində olanlardan heç nə ilə və ya, demək olar ki, heç nə ilə fərqlənmir, bundan əlavə, bir sıra halda, onlar hətta daha yaxşı mənimsənir.
Vitaminlər suda həll olan və yağda həll olan vitaminlər olaraq iki yerə bölünür. Suda həll olanlar – С, В1, В2, В3 (РР), В6, В12, fol turşusu, pantoten turşusu və biotin – orqanizmdən asanlıqla çıxarılır və orada yığılmır, buna görə həddindən artıq doza riski, demək olar ki, sıfıra bərabərdir. Yağda həll olanlar – А, D, E və K – toxumalarda, əsasən qaraciyərdə, yığıla bilər. A və D vitaminlərini yüksək dozada istifadə etmək lazım deyil, buna görə, tərkibində bu birləşmələrin olduğu bir neçə dərman vasitəsi qəbul edirsinizsə, mütləq həkimlə məsləhətləşin.
Hansı vitamin və minerallar lazımdır?
Hamilə qadınlara sözün əsl mənasında bütün vitamin və mikroelementlər lazımdır – həm dölün inkişafı üçün, həm də hamiləliyin qorunub saxlanması, ağırlaşmaların qabaqlanması üçün. Və, əlbəttə ki, öz orqanizminizin tələbatlarının təmin olunması üçün. Vitaminlərin seçilməsi müəyyən dərəcədə yaşayış regionundan, qidalanma xüsusiyyətlərindən, qadının sağlamlığının vəziyyətindən asılıdır. Lakin fol turşusu, bir çox halda isə D vitamini də sözün əsl mənasında, hər kəsə təyin olunur ki, bunların təyin olunması hamilələrin və hamiləlik planlaşdıran qadınların müşayiəti üzrə klinik tövsiyələrlə tənzimlənir.
Fol turşusu
Folatların köməyi ilə gələcək uşağın sinir sistemi və digər orqanları düzgün formalaşır. Lakin orqanizmimiz bu ən əhəmiyyətli vitamini demək olar ki əmələ gətirmir, buna görə biz onu yalnız kənardan, yəni qida ilə, əldə edə bilərik. Folatlarla xüsusi zəngin olan məhsullar arasında yaşıl yarpaqlı tərəvəzləri (kolrabi, rukkola, ispanaq, manqold) və mal qaraciyərini qeyd etmək olar. B vitaminin sintetik formulu olan fol turşusu daha əlçatan və stabildir1. Buna görə, planlaşdırılan mayalanmadan ən azı üç ay əvvəl və hamiləliyin ilk həftələrində sutkada ən azı 0,4 mq fol turşusu qəbul etmək tövsiyə olunur, çünki məhz bu dövrlərdə gələcək uşağın sinir sistemi formalaşır2.
Yod
Yod körpənin baş beyninin formalaşması üçün çox əhəmiyyətlidir. Axı bu prosesdə qalxanabənzər vəzinin beyin hüceyrələrinin bünövrəsinin qoyulmasının və inkişafının ardıcıllığını müəyyən edən hormonlar iştirak edir. Qalxanabənzər vəzinin hormonlarının (tireoid hormonlarının) sintezi üçün yod zəruridir, bu zaman yod hamilə qadında öz hormonlarının və körpənin hormonlarının sintezinin təmin olunması üçün xüsusilə intensiv şəkildə istifadə olunur.
Dəmir
Dəmir qırmızı qan cisimlərində mövcud olan zülalın – hemoqlobinin əmələ gəlməsinə səbəb olur. O, oksigeni nəql edir – onu bütün orqanlara, o cümlədən, cift vasitəsilə dölə çatdırır. Hamiləlik zamanı qanın həcmi artır, buna görə, hamilə qadına daha çox dəmir lazım olur.
Dəmir çatışmazlığı müxtəlif kəskinlik dərəcəli anemiyaya gətirib çıxara bilər. Bu özünü yüksək yorulma ilə, solğunluqla, iştahanın yox olması ilə büruzə verə bilər. Ən ağır hallarda belə hal başgicəllənmə ilə, huşun itirilməsi ilə, yüksək tərləmə ilə, zəif ürək döyüntüsü ilə, təngnəfəsliklə müşayiət olunur. Dəmir çatışmazlığı sadəcə hamilə qadın üçün deyil, həmçinin gələcək uşaq üçün xoşagəlməz nəticələrə səbəb ola bilər. İlk növbədə, bu, beynin inkişafına aiddir, çünki beyin intensiv oksigen təminatı tələb edir. Hamiləlik zamanı anada anemiya olmuşdursa, uşağın gələcəkdə təhsildə və davranışda problemləri ola bilər, o, bəzi xəstəliklərə qarşı daha az dayanıqlı olacaq. Buna görə, hamiləlik müddətində, qanda dəmirin miqdarına nəzarət etmək lazımdır.
Orqanizmin ən yaxşı mənimsədiyi ət mənşəli məhsulların – ətin, balığın, dəniz nemətlərinin tərkibində olan dəmirdir. Bununla bağlı olaraq, anemiya riskinə ən çox vegetarianlar məruz qalır. Onlar üçün tərkibində yüksək miqdarda dəmir olan vitaminlər qəbul etmək məqsədəuyğundur. Elevit® Pronatal dərman vasitəsinin tərkibində, vitaminlər – dəmir sinergistləri olan fol turşusu və C vitamini ilə – birlikdə hamilələrdə anemiya profilaktikası üçün ÜST tərəfindən tövsiyə olunan dəmir dozası (60 mq) var.
Vitamin D
Digər son dərəcə əhəmiyyətli vitamin D vitaminidir. O, kalsiumun metabolizminə səbəb olur və gələcək uşağın sümüklərinin və dişlərinin düzgün formalaşmasına görə cavabdehlik daşıyır. D vitamini çatışmazlığı hamilələrin eklampsiyasına və diabetinə (ikinci- üçüncü trimestrlərdə əmələ gələn ağırlaşmalara) gətirib çıxara bilər. Son məlumatlara əsasən, D vitamininin qəbulu yenidoğulmuşun hestasiya yaşından geri qalması riskini əhəmiyyətli dərəcədə azaldır3.
D vitamini yağda həll olan vitamindir, demək, o, orqanizmdə yığılır. Bu da hipervitaminoza gətirib çıxara bilər. Buna görə, həkimin tövsiyələrinə dəqiqliklə riayət etmək və tövsiyə olunan dozanı aşmamaq lazımdır.
D vitamini bəzi məhsulların tərkibində var (qızılbalıq, tuna balığı, sardina, D vitamini ilə zəngin olan süd məhsulları), lakin D vitaminin böyük bir hissəsini dəri günəş şüalarının təsiri altında əmələ gətirir. Təəccüblüdür ki, hətta cənub ölkələrində yaşayan qadınlarda tez-tez D vitamini çatışmazlığı müşahidə olunur ki, həmvətənlərimizdən danışmağa belə dəyməz!
Kalsium
Hamiləlik və uşaq əmizdirmə zamanı kalsiuma olan tələbat 1,4 dəfə artır. Onun düzgün mənimsənməsi üçün, onu D3 vitamini ilə birlikdə qəbul etmək lazımdır.
A vitamini
A vitamini, ilk növbədə, görmə qabiliyyətinə və dəri örtüklərinin formalaşmasına görə cavabdehlik daşıyır. Lakin vitamin dərman vasitələrinin dozasını aşdıqda, A vitamininin artıq miqdarda olması təhlükə törədə bilər, çünki A vitamini orqanizmdə yığılır. Hipervitaminoz özünü baş ağrısı, ürəkbulanma, iştahanın itməsi ilə büruzə verir. Lakin bu yalnız hiperdozalar istifadə edildiyi zaman mümkündür – balanslaşdırılmış vitamin-mineral komplekslərinin istifadə olunması zamanı bu mümkün deyil.
Maqnezium
Xüsusilə birinci və ikinci trimestrlərdə zəruri olan mikroelement. Maqnezium B vitamini ilə birlikdə əzələlərin istirahətinə səbəb olur. Aşağı ətrafların əzələlərində tez-tez qıcolmaların baş verməsi orqanizmdə məhz bu elementin çatışmazlığı səbəbi ilə əmələ gələ bilər. O, həmçinin, sinir sisteminin həyəcanlanma dərəcəsini aşağı salır və normal yuxuya səbəb olur.
Polivitaminlər
Hamilə qadına ən yaxşı dəstək variantı vitamin və mineralların kompleks olaraq istifadə olunmasıdır, çünki onlar metabolik proseslərdə birgə iştirak edir. Məsələn, hamilə qadın üçün çox zəruri olan fol turşusu özünün qoruyucu təsirini В2, В6, В12, С, РР vitaminləri ilə kompleksdə reallaşdırır, qalxanabənzər vəzinin hormonlarının optimal sintezi üçün isə yod selenlə birlikdə daxil olmalıdır.
Nə vaxt və hansı vitaminləri qəbul etmək lazımdır
Polivitaminləri mayalanmanı planlaşdıran və hamiləlik haqqında öyrənən kimi qəbul etməyə başlamaq lazımdır. Bunu müntəzəm olaraq, eyni vaxtda, məsələn, səhər, yeməkdən sonra, edin.
Vitamin və mineral qəbulunu bütün hamiləlik müddəti ərzində davam etdirmək lazımdır – bununla, siz həm körpənizin inkişafını təmin edəcək, həm də öz sağlamlığınızı qoruyub saxlayacaqsınız, orqanizminizi doğuşa və laktasiyaya hazırlayacaqsınız və mürəkkəb doğuşsonrası dövrə yaxşı formada daxil olacaqsınız.
Vitaminlərin qəbulu nə hamiləliyin planlaşdırılması mərhələsində, nə bütün hamiləlik müddəti ərzində, nə də uşaq əmizdirmə zamanı düzgün qidalanma zərurətini aradan qaldırmır. Bu zaman siz maksimal dərəcədə müxtəlif qidalardan istifadə etməlisiniz – meyvə-tərəvəzlər, dənli bitkilər, ət, balıq, süd məhsulları, yumurta. Vitamin vasitələri bütün xəstəliklərə qarşı panaseya deyil, lakin onlar qadına vitamin çatışmazlığının, bu isə o deməkdir ki, hamiləliyin bir çox ağırlaşmalarının və gələcək uşaq üçün təhlükələrin qarşısının indidən alınmasında və hətta onun gələcək həyatı üçün sağlamlığının proqramlaşdırılmasına yardım edə bilər. Lakin vitamin-mineral kompleksinin seçilməsinə də tam məsuliyyətlə yanaşmaq və həkimin sizə təyin etdiyini qəbul etmək lazımdır. Kompleksi sərbəst şəkildə seçmək qərarına gəldiyiniz zaman isə, onun hamilə qadınlar üçün nəzərdə tutulmasına, ideal olaraq isə bu məsuliyyətli dövrdə, planlaşdırmadan tutmuş laktasiyaya qədər, müxtəlif mərhələləri nəzərə almasına diqqət yetirin. "Elevit" iki vitamin kompleksi təklif edir: qadınlar üçün ikinci və üçüncü trimestrlərdə qəbul edilməsi məqsədəuyğun olan Elevit® Pronatal5 və Elevit® Uşaq əmizdirmə.
Elevti® Pronatal, uşağın ürək və baş beyin kimi əhəmiyyətli orqanlarının inkişaf etməsinə səbəb olan fol turşusunun, dəmirin və D vitamininin yüksək dozada olması sayəsində bir çox digər dərman vasitələrindən fərqlənən dərman vastəsidir6. Elevti® Pronatal-ın qəbulu hamiləliyin 2-ci və 3-cü trimestrlərində5 tövsiyə olunur, habelə hamiləliyin planlaşdırılması mərhələsindən başlayaraq, ağırlaşmalı anamnezi olan qadınlara tövsiyə olunur. Elevti® Pronatal gələcək analara uşağın orqanlarının düzgün inkişaf etməsi üçün zəruri olan mikroelement ehtiyatlarını doldurmaqda yardım edir.
Elevit® Uşaq əmizdirmə4 uşaq əmizdirmə dövründə ananın orqanizmi üçün uşağın daha yaxşı inkişaf etməsi üçün nəzərdə tutulmuş yeni vitamin-mineral kompleksidir. Elevit® Uşaq əmizdirmə ana südünün mikronutriyentlərlə zənginləşməsinə səbəb olur, körpənin baş beyninin və görmə qabiliyyətinin inkişafını dəstəkləyir. Elevit® Uşaq əmizdirmə formuluna, Omeqa-3, yod və A vitamini də daxil olmaqla, ən əhəmiyyətli vitaminlər və minerallar daxildir.
Ссылки
- По данным U.S. Department of Health & Human Services. https://ods.od.nih.gov/factsheets/Folate-HealthProfessional/
- Goetzl L. M. Folic acid supplementation in pregnancy. (https://www.uptodate.com/contents/folic-acid-supplementation-in-pregnancy, дата обращения 07.10.2018).
- Bi W. G., Nuyt A. M., Weiler H., Leduc L., Santamaria C., Wei S. Q. Association Between Vitamin D Supplementation During Pregnancy and Offspring Growth, Morbidity, and Mortality: A Systematic Review and Meta-analysis // JAMA Pediatrics. 2018 Jul 1. 172 (7). P. 635–645 // https://www.ncbi.nlm.nih.gov/pubmed?term=29813153.
- Не является лекарственным средством. БАД. Имеются противопоказания. В пересчете на фолиевую кислоту.
- Предполагаемый период использования в рамках линейки витаминно-минеральных комплексов Элевит. Согласно инструкции, Элевит Пронаталь может применяться на этапе планирования беременности, в период беременности, после родов и в период грудного вскармливания.
- По данным DSM Group по состоянию на август 2017 года, препарат Элевит Пронаталь содержит дозировку фолиевой кислоты, превосходящую 400 мкг, в сочетании с железом и витамином Д, притом что таким свойством не обладает 75 % рынка витаминов для беременных (ЛП и БАД).
- В отличие от фолиевой кислоты, не требует предварительной активации, поэтому не зависит от полиморфизмов гена MTHFR, снижающих активность фермента и затрудняющих усвоение фолиевой кислоты.
- Hyppönen E. Preventing vitamin D deficiency in pregnancy: importance for the mother and child. Ann Nutr Metab. 2011;59(1):28-31.
L.RU.MKT.CC.10.2018.2428