Hamiləliyin düzgün planlaşdırılması
Bir qayda olaraq, cütlük ailə üzvlərinin sayını artırmağı uşaq dünyaya gəlməzdən bir-iki il əvvəl planlaşdırır, lakin bu müddət kifayət edirmi? Sizin hal-hazırda sürdüyünüz həyat tərzi və vərdişləriniz gələcəkdə uşağın dünyaya gəlişinə hazırlığa, hamiləliyə və uşağın sağlamlığına çox təsir göstərə bilər. Artıq indidən hansı işlər görülməlidir?
Öz yaşınızı nəzərə almaq
Həkimlər eyni fikirdə razılaşır ki, ilk hamiləlik üçün münasib olan yaş həddi 20-29 yaş arasıdır, 30-35 yaşdan sonrakı müddət isə ikinci hamiləlik üçün uyğundur. Bu rəsmi fikirdir, lakin yaş həddi hazırda olduqca şərti məna daşıyır. Tibb elminin yüksək inkişaf elədiyi müasir dövrdə qadın 40 yaşda və qırx yaşdan yuxarı yaşda belə təhlükəsiz olaraq sağlam uşaq dünyaya gətirmək imkanına malikdir, ancaq bu halda həkim nəzarəti gücləndirilmiş qaydada olacaq.
Gələcək ananın vaxtında hamilə qalmağını və doğuşun ideal olacağını israrla arzulaması psixoloji nöqteyi-nəzərdən gec hamiləliyin ən əsas çətinliklərdən biridir. Lakin bu xoş niyyətlərlə o, özünə əsl stress yaşadır: daimi həyəcan, çoxsaylı məşqlərdə aşırı dərəcədə yüklənmə, qorxular, yeni həyat rejiminə uyğunlaşma uşaq üçün xeyirli deyil. Hamiləliyin qabaqcadan planlaşdırılması istənilən yaşda uşaq dünyaya gətirməyə hazırlaşdığınız zaman çətinliklərlə qarşılaşmamağınıza, öz həyat tərzinizi qabaqcadan tənzimləməyinizə və doğuş zamanı mümkün ola biləcək ağırlaşmaları aradan qaldırmağa sizə kömək edəcək.
Siqaret çəkməyi tərgitmək
Siqaret çəkmənin zərərli olduğu boş sözlər deyil. Sübut olunub ki, siqaret çəkən qadınlarda menopauza daha tez baş verir, estrogen çatışmazlığı ehtimalı yüksək olur və bundan savayı siqaret çəkmə maddələr mübadiləsinə mənfi təsir göstərir. Əgər sizin bu ziyanlı vərdişiniz varsa, yadınızda saxlayın ki, axırıncı çəkəcəyiniz siqaretlə mayalanma arasında ən azı bir il keçməlidir. Hamiləlik sizin üçün gözlənilməz xoş təsadüf olarsa, siz dərhal siqareti tərgitməlisiniz, çünki hər çəkilmiş siqaret embrionun düzgün inkişafına mane olur. Məsələn, zərərli nikotin və qətranlar plasenta daxili qan dövranını pozur, beləliklə də, oksigen uşaq orqanizminə lazım olan miqdarda çatdırılmır. Uşaqlarda oksigen çatışmazlığından başqa bir çox qidalandırıcı maddə və mikroelementlərin çatışmazlığı da müşahidə olunur. Təəccüblü hal deyil ki, çox vaxt körpələr azçəkili dünyaya gəlirlər 1. Qoy dərhal indi siqaret çəkməyi tərgitmək və ya bu addımın atılacağı zərurəti barədə ciddi şəkildə düşünmək ana olmaq perspektivi üçün gözəl motivasiyanız olsun.
Fiziki yüklənmələri tənzimləmək
Əsas beyin mərkəzi hesab edilən hipotalamus hələ tarixdən əvvəlki dövrdə formalaşmışdır, onun bir qədər səbatsız işi bununla izah olunur. Mütəxəssislərə görə, hipotalamus sürətli qaçışı təhlükədən qaçmaq vasitəsi kimi, vitamin çatışmazlığını isə aclıq hissi kimi qəbul edə bilər. Mərkəz reproduktiv sistemə həyəcanlı informasiyanı çatdırır, və nəticədə orqanizm indi nəsil artırma üçün uğursuz vaxt olduğunu "hesab edir". Məhz buna görə hamiləliyin planlaşdırılması zamanı aktiv idmanla məşğul olmaq əvəzinə müalicəvi bədən tərbiyəsi ilə məşğul olmaq daha münasib olar. Belə ki, günorta vaxtı təmiz havada uzunmüddətli gəzintilər çox faydalıdır: siz ünsiyyətdən və yaxud musiqidən zövq alırsınız, orqanizminiz oksigen və D vitamini ilə zənginləşir, əzələlər isə orta dərəcədə yüklənmiş olur.
Müayinədən keçmək
Profilaktik tədbir kimi, 25 yaşınadək olan qadınlar ildə heç olmasa bir dəfə xlamidiya traxomatis ve mikoplazma henitalium kimi mikroorqanizmlərin olub-olmaması məqsədilə skrininqdən keçməlidir, digər analizlər isə ginekoloq tərəfindən həyəcanlı simptomlar aşkar edildikdə təyin oluna bilər.
Ginekoloji xüsusiyyəti olmayan xəstəliklər belə gələcək uşaq üçün təhlükə yarada bilər. Hamiləlik planlaşdırılarkən ilk növbədə əvvəllər məxmərək xəstəliyini keçirib-keçirmədiyinizi öyrənmək yaxşı olardı: hamiləlik zamanı ananın orqanizminə düşən virus dərhal uşağa keçir və gələcəkdə onun sağlamlığına ağır fəsadlarla nəticələnə bilər (katarakta, karlıq, ürək qüsuru və digər nöqsanlar). Qanda anticisimlərin olub-olmaması barədə analiz və məxmərəyə qarşı vaxtında edilmiş vaksinasiya sizi arzuolunmaz risklərdən qorumuş olacaq2. Plasenta daxili hormonal homeostaza neqativ təsir edə biləcək və plasentada hormonların ifrazını poza biləcək ananın həyatı ərzində keçirdiyi xəstəliklərin də uşağın sağlamlığında rolu vardır. İlk növbədə söhbət qalxanabənzər vəzin xəstəlikləri, şəkərli diabet və s. kimi xəstəliklərdən gedir. Əlbəttə ki, onlar uşaq planlaşdırılmasına maneə törətməməlidir, ancaq öz həyat tərzinizi düzgün tənzimləmək üçün qabaqcadan həkimlə məsləhətləşmək və zərurət olduğu halda vaxtında müalicəyə başlamaq lazımdır.
Əgər siz hamilə qala bilmirsinizsə, tələsik nəticə çıxarmaq lazım deyil: sonsuzluq – həkim tərəfindən il ərzində müntəzəm cinsi həyat yaşayan, uşaq planlaşdıra bilməyən reproduktiv yaşlı sağlam cütlüyə qoyulmuş klinik diaqnozdur. Mütəxəssislər izah edir ki, müntəzəm cinsi həyat – qadının menstrual dövründən asılı olmadan həftədə 2-3 dəfə təkrarlanan qorunmayan cinsi aktlar deməkdir. Yalnız həkim sonsuzluğu müəyyən edə bilər, müayinə təyin edə bilər, müalicə üsullarını və yaxud uşaq planlaşdırmasının alternativ yollarını təklif edə bilər.
Vitamin-mineral komplekslərindən istifadə etməyə başlamaq
Müntəzəm olaraq, xüsusilə də, hamiləliyin planlaşdırılması dövründə qadın orqanizminə daxil olmalı olan əsas vitaminlərdən biri də fol turşusudur. Bu vitamin çatışmadığı halda dölün formalaşması zamanı uşaq planlaşdırmasından sonra 28 gün ərzində uşaqda formalaşan sinir borusunda qüsurların olması riski əhəmiyyətli dərəcədə artır. Bundan əlavə, fol turşusu çatışmazlığı olduqda digər ürək qüsurları arta bilər, hamiləliyin başa çatdırılmaması və hamiləliyin dayandırılması riski artmış olur. Təbii ki, təkcə fol turşusu deyil, bir sıra müşayiətedici vitamin kompleksi də vacibdir.
Sübut olunub ki, fol turşusunun qoruyucu xüsusiyyətləri digər vitamin qruplarına daxil olan vitaminlərlə birlikdə özünü daha yaxşı büruzə verir. B, C, PP3. А, С, Е, D vitaminlərinin, eləcə də, kalsium, magnezium, sink və digər mikroelementlərin rolunu dəyərləndirməmək olmaz. Sirr deyil ki, adi dövrdən fərqli olaraq hamiləlik dövründə orqanizm daha çox qan yaratmalıdır: onun bir hissəsi uşaqlığın formalaşmasına, digəri isə uşağa keçir. Dəmir qan yaratma prosesində əsas rol oynayır. Əgər hamiləlikdən əvvəl qadın üçün sutkada 18 mq miqdarında dəmir tələb olunursa, hamiləlik baş verdikdən sonra "norma" 33 mq-dək artır 4. Orqanizm üçün lazım olan "tikinti materiallarını" haradan əldə etmək olar?
Bəli, bir çox vitamin və qidalandırıcı maddələr orqanizmə qida ilə birlikdə daxil olur, lakin bütün vitaminlər deyil və optimal tələb olunan miqdarda deyil - ərzaqların termik emalı vitaminlərin bir hissəsini "öldürür", bundan başqa, bəzi məhsullar bizim rasionumuzda lazımi miqdarda təqdim olunmur (misal üçün, dəniz məhsulları, tər göyərti).
Xüsusi olaraq hamiləliyi planlaşdıran qadınlar, hamilə qadınlar və süd verən analar üçün hazırlanmış Elevit Pronatal vitamin-mineral kompleksinin hər həbində zəruri olan miqdarda fol turşusu və digər əsas vitamin və minerallar vardır. Onun hamiləliyə hazırlaşdıqdan əvvəl, hamiləlik dövründə və süd vermə müddətində qəbul edilməsi tövsiyə olunur.
Sağlam həyat tərzi sürmək
Məlumdur ki, az hərəkətlilik, balanslaşdırılmamış qidalanma və stress qadının reproduktivliyinə mənfi təsir göstərir5. Sağlam həyat tərzinin sürülməsinə nə qədər tez başlanılsa, o qədər yaxşıdır, əks təqdirdə, hamiləlik heç baş verməyə bilər. Reproduktiv müddəti uzatmaq üçün rasionunuza fikir verin, vitamin komplekslərini qəbul edin, təmiz havada çox vaxt keçirin, aktiv istirahət edin, siqaret çəkməyin və alkoqollu içkilərin istifadəsini azaldın6. Yuxu sağlam həyat tərzinin vacib tərkib hissəsidir. Həkimlərin hesablamalarına əsasən, insan sutkada 7 saatdan az olmamaq və 9 saatdan çox olmamaq şərti ilə yuxu yatmalıdır. Belə olan halda sizin nə vaxt yuxuya getməyiniz və ayağa qalxmağınız elə də vacib deyil – sadəcə bunu eyni vaxtda edin. Gündəlik yerinə yetiriləcək hərəkətlərə hamiləlik baş verməzdən əvvəl başlanılmalıdır ki, sonra orqanizm üçün çətin vaxtda vərdiş olduğu hərəkətlərə görə əlavə stress yaşamasın və bioritm səviyyəsində onları rahatlıqla qəbul edə bilsin. Yatmazdan öncə şəxsi rituallarınızı icra edin: vanna qəbul edin, bir stəkan süd için, dişlərinizi təmizləyin. Vaxt keçdikcə siz bu hərəkətləri edərkən artıq əsnəməyə başlayacaqsınız. Rejimin olması orqanizm üçün rahatlığa və sabitliyə bərabərdir ki, bu da, gələcək nəsil planlaşdırılması üçün ən gözəl şərait hesab olunur.
Источники:
- http://mama.passion.ru/techenie-beremennosti/psikhologicheskii-komfort/kurenie-vo-vremya-beremennosti-9-riskov-zdorovyu-malysha.htm?page=0,1
- http://medportal.ru/enc/procreation/precomplication/6/
- A. Czeizel The primary prevention of birth defects: Multivitamins or folic acid? Int J Med Sci 2004; 1:50-61
- Методические рекомендации: «Нормы физиологических потребностей в энергии и пищевых веществах для различных групп населения Российской Федерации» // МР 2.3.1.2432 -08 // 2008 г.
- https://www.gorodmam.ru/category/planirovanie/fertilnost/zhenskaya-fertilnost
- http://zdorovo.ua/statya/zhenskaya-fertilnost-kak-obraz-zhizni-okazyvaet-na-nee-vliyanie
L.RU.MKT.CC.03.2016.1143