Skip to main content
  • Контакты
Home
  • 1 trimestr
    • Mənim bədənim
    • Qidalanma
    • Həyat tərzi
    • Yoxlama vərəqi
  • 2 və 3 trimestrlər
    • Mənim bədənim
    • Qidalanma
    • Həyat tərzi
    • Yoxlama vərəqi
  • Uşaq əmizdirmə
    • Mənim bədənim
    • Qidalanma
    • Həyat tərzi
    • Yoxlama vərəqi
  • Məhsullar
    • Qidalandırıcı Elevit ® 3
    • Elevit Pronatal
  • Anaların kitabxanası
  • Suallar və cavablar
Bayer
  1. Главная
  2. Suallar və cavablar

Suallar və cavablar 

Ən vacib məsələlər barədə suallar və cavablar. Siz hamilə olduğunuzu öyrəndiniz və bu bir möcüzədir! Körpənizin qaydasında olmağına və düzgün inkişaf etdiyinə necə əmin olmalı? Hamiləlik eksperti olan Elevit bütün həyəcanverici suallara cavab verəcək.

    Elevit vitamin kompleksi uşağın sağlamlığına necə təsir göstərir?

    Yəgin ki, Elevit qəbul etməklə aldığın vitaminlərin körpəyə çatıb-çatmadığı səni narahat edir. Ananın hamiləlik dövründə aldığı vitaminlər uşağın sağlamlığını proqramlaşdırmış olur. Elevit vitamin-mineral kompleksləri hamiləliyin ilkin mərhələrində faydalı elementlərin ehtiyatını doldurmağa kömək etmək üçün yaradılıb, bu da körpənin ürək və beyninin normal inkişaf etməsinə yardım edəcək*. Tərkibində körpənin hər inkişaf mərhələsi üçün lazım olan vitamin və mineralların optimal miqdarı vardır. Elevit Pronatal7- dölün anomal inkişafının qarşısının alınmasında sübut edilmiş effektivliyi olan yeganə kompleksdir, 1 *inkişaf anomaliyalarının qarşısının alınması barədə sən rahat ola bilərsən.
     
    *inkişaf anomaliyalarının qarşısının alınması barədə.

    Hamiləlik dövründə Elevit necə təsir göstərir?

    Elevit kompleksləri sənin və uşağın sağlamlığına yardım etmək məqsədi daşıyır8. Elevit Pronatalın7 tərkibindəki komponentlər hamiləlikdə ağırlaşmaların riskini azaltmağa yönəldilib (misal üçün, ürək bulanma zamanı və vaxtından əvvəl doğuşun, plasental çatışmazlığın qarşısını almağa kömək edir). Elevit Pronatal7 preparatı üçün aparılmış tədqiqatların nəticələri sübüt edir ki, preparatın qəbulu dəmir çatışmazlığı anemiyasının riskinin6 qat aşağı salınmasına bərabərdir: xəstəlik dölün inkişafının gecikdirilməsinə və digər fəsadlara səbəb olur10,11. Bizim kiçik sirrimiz sənə artıq məlumdur!

    Hamiləlik dövründə hansı vitaminlər və nə üçün tələb olunur?

    Biz səni təbrik edirik - artıq 9 aydan sonra sən ana olacaqsan!
     
    Ananın hamiləlik dövründə qıdalanması gələcək uşağın sağlamlığına təsir edə biləcək əsas amillərdən biridir. Ananın qida rasionu müxtəlif olsa belə, hamiləlik dövründə qidalandırıcı maddələr körpəyə kifayət etməyə bilər. Təəssüf ki, bəzi təlimatlar göstərir ki, Rusiyada qadınların 70–80%-i, ilin fəslindən asılı olmadan, vitamin çatışmazlığından əziyyət çəkir2.
     
    Vitaminlər nə üçün lazımdır? Mayalanmadan sonra ilk günlərdən etibarən uşaqda mikronutriyentlərə ehtiyac duyulur - vitamin və minerallar bütün orqan sistemlərinin, xüsusilə beynin və ürəyin düzgün formalaşmasına kömək edir. Təəccüblü hal deyil ki, gələcək analar üçün vitaminlər çox vacibdir: onlar maddələr mübadiləsinin balanslaşdırılmasına və uşağın düzgün formalaşmasını və inkişafını təmin etməyə kömək edir1. Vitamin-mineral kompleksləri anada vitamin və mineralların çatışmazlığının aradan qaldırılmasına kömək edəcək.

     

    Ana südü ilə qidalandırma zamanı nələri bilmək vacibdir?

    Səni təbrik edirik, körpən doqquz aydan sonra nəhayət dünyaya gəldi! İndi isə səni ana südü ilə qidalandırma barədə məlumat əldə etmək gözləyir. Doğuşdan sonra bir neçə gün ərzində döşlərində tərkibində yeni doğulmuş körpə üçün lazım olan vacib qidalandırıcı maddələrin və anticismlərin olduğu zülalla zəngin olan maye, yəni ana südü əmələ gələcək. Bir qayda olaraq ana südü doğuşdan 2-3 gün sonra əmələ gəlir. Südlə qidalandırma zamanı ilk həftədə gün ərzində 300-500 ml süd əmələ gələcək, sonradan isə körpəyə tələb olunduqdan asılı olaraq südün miqdarı gündəlik 600-700 ml-dək artacaq. Yeni doğulmuş körpəni bütün faydalı elementlərlə təmin etmək üçün sən vitamin komplekslərini qəbul etməyə başlaya bilərsən. Vitamin-mineral komplekslərinin müntəzəm qəbulu ana südünün miqdarının təxmini 2 dəfə artmasına kömək edir12. Elevit Qidalandırma5 uşaq doğulduqdan sonra görmə qabiliyyətinin və beyninin inkişafının qayğısına qalır və ana südünü vitaminlərlə zənginləşdirir.

     

    Hamiləlik dövründə necə qidalanmalı? Vitamin çatışmazlığı olduqda nə etməli?

    Soyuducunun qarşısında özünü itirib, orada olan bütün ərzaqları dadmaq istəyirsən? Rasionda yüksək dəmir tərkibli ərzaqların olması yaxşı olardı, bura ağ lobya, mal ətinin can əti və ciyər, mərcimək, qara şokolad, noxud, ciyər, kartof, keşyu, ispanaq daxildir. Tərkibində yüksək miqdarda yod, D vitamini, A vitamini, kalsium və magneziumun olduğu ərzaqları unutma. Təbii ki, uşağın faydalı elementlərə tələbatı bütün hamiləlik boyu dəyişir. Uşaq lap körpə olandan ona ürək və beynin düzgün formalaşması üçün folatlar3lazımdır. İkinci trimestrdə körpənin orqanları intensiv inkişaf edir və folatlara ehtiyac1,5 dəfə artır - sutka ərzində 400 mkq-dan 600 mkq-dək4. Dəmirin gündəlik norması hamiləlikdən əvvəlki vəziyyətlə müqayisədə birinci trimestrdə 16%-dək, ikinci trimestrdə 59%-dək, üçüncü trimestdə isə 67%-dək artır5,10. Hamiləlik dövründə uşağı düzgün inkişafı üçün zəruri vitaminlərlə necə təmin etməli olduğunu bilmirsən?
     
    Xüsusilə hər trimestr üçün hazırlanmış vitaminlərə diqqət yetir - hamiləlik barədə nələrin yaxşı olub-olmadığı barədə çoxlu sayda kitab və fikirləri oxumaq lazım olmayacaq, ancaq həkiminlə mütləq qaydada məsləhətləş. Vitaminlərin tərkibi uşağa bütün lazım olan mikroelementləri almaqda kömək edəcək. Elevit vitaminləri xüsusi olaraq hamilə qadının və gələcək uşağının hər inkişaf mərhələsində bütün tələbatlarını maksimal dərəcədə təmin etmək üçün hazırlanmışdır.

    Nəyə görə mən bütün vitaminləri ayrı-ayrılıqda əldə edə bilmirəm?

    Əksər gələcək analar xüsusi ədəbiyyat oxuyur və fikirlərin çoxluğunda özlərini itirir. Biz sənə kömək edib vaxtına qənaət edəcəyik! Vitamin-mineral komplekslərinin mono-vitaminlərə nisbətdə üstünlükləri, bir çox mikroelementlərin digər faydalı komponentlərlə birlikdə daha yaxşı işləməsindən ibarətdir. Misal üçün, folatların orqanizmə təsir etməsi üçün onlar monopreparatların tərkibində deyil, В12, В6, В2, С, РР vitaminləri ilə birlikdə qəbul olunur8,9. Uşağın tam inkişafı və böyüməsi üçün yod, dəmir, D vitamini, A vitamini, kalsium, magnezium və digər qidalandırıcı maddələr tələb olunur1. Əgər sən hamiləliyi planlaşdırırsansa və yaxud uşaq gözləyirsənsə, sənin işlərinin sayı çoxalacaq: razılaş ki, sənə 10 həb qəbul etməkdənsə1 həb qəbul etmək və hər vitaminin miqdarnı qarışdırmamaq  daha rahatdır. Kombinə edilmiş vasitələrdə, eləcə də, Elevitin tərkibində, bütün komponentlər optimal miqdarda birləşdirilmişdir.

    Hamiləliyin birinci trimestrində nələr baş verir?

    Hamiləliyin ilk üç ayı ən məsuliyyətli müddət hesab olunur. İlk trimestrdə səni hər ay ginekoloqun qəbulu və yeni analizlərin verilməsi gözləyir: bunlar sənin körpənin sağlamlığının nəzarət altında saxlanılması üçün lazımdır. Sən qanın ümumi analizini, ümumi sidik analizini və qanın biokimyavi analizini verməli olacaqsan. Qanda və sidikdə şəkərin miqdarının öyrənilməsi üçün analiz verməyi unutma - şəkərli diabet və digər endokrinoloji xəstəliklər gələcək anaya və uşağa mənfi təsir göstərə bilər.

    Nəyə görə Elevit Pronatal həbinin ölçüsü bu qədər böyükdür?

    Sən həbin boğazında qalmağından qorxursan yoxsa tərkibindən şübhələnirsən? Elevit Pronatal7 - "ağıllı" həblərdir. Onlar komponentlərin mikroqranullaşdırılması texnologiyası ilə hazırlanıb: belə olan halda həbdəki bütün vitamin və minerallar aktivliyini qoruyub saxlayır və bir-birinə təsir etmir15. Bu cür həbi qəbul etmək çətin deyil, biz bunun həllini tapmışıq: həbi sadəcə bir az su ilə içmək kifayət edir.

    Elevitin həqiqətən təsir edəcəyinə necə əmin olmaq olar?

    Elevit kompleksləri bütün dünyada geniş istifadə olunur. Dünyaca məşhurluq, həkim və istehlaçıların etimadı Elevit məhsullarının aktivliyi və yaxşı keçiriciliyi ilə əlaqədardır.

    Hamiləliyin ikinci trimestrində uşaq necə inkişaf edir?

    İkinci trimestr başladı: sənin artıq körpən bərədə çoxlu məlumatın var və artıq ona öyrəşmisən. Bu zaman sənin körpən hərəkət etməyə başlayır, səsə və toxunuşlara reaksiya verir. Onun gözləri açılmağa başlayır, qaş və kiprikləri görünür. Dərisi nazik tüklərlə və ağımtıl-kremli rəngli ilkin yağlanma maddəsi ilə örtülür.
     
    Udqunma və sorma refleksləri yaranır, körpənin başında isə tük əmələ gəlir, əl barmaqlarında daktiloskopik naxışlı xətlər formalaşır. Körpənin bədəninin uzunluğu başdan ayağadək 23 sm-dək artır. Sən mütləq yadında saxlamalısan ki, uşağın düzgün inkişaf etməsi üçün hamiləliyin bütün mərhələlərində uşağa diqqət tələb olunur. Körpənin ürək və beyninin inkişafının dəstəklənməsi üçün Elevit Pronatal qəbul edilməlidir8.

     

    Mən Elevit multivitamin kompleksini haradan əldə edə bilərəm?

    Əgər sən Eleviti seçmək qərarına gəldinsə, bu məhsulları apteklərində, habelə internetdəki apteklərdə reseptsiz tapa bilərsən.

    Üçüncü trimestdə hamiləlik özünü necə büruzə verir?

    Demək olar ki, indi sən artıq ana olmusan! Bu mərhələdə uşaq, demək olar ki, artıq formalaşmışdır. Hamiləliyin son həftələrində, körpə çəki almağı davam edəndə və qapalı məkanda hərəkət edəndə. Mümkün qədər çox istirahət etməyə çalış. Qəfildən yarana biləcək və müntəzəm olaraq bir müddət ərzində geri qayıda bilən Brekston-Xiks sancıları başlaya bilər. Əgər sancılar güclü və uzun müddətlidirsə, həkim çağırmağın məsləhətdir. Bu doğuşun başlaması əlaməti ola bilər.

    1. Czeizel A. E. Sinir borusu qüsurlarının və digər bəzi anadangəlmə anomaliyaların ilkin profilaktikası: hamiləlik zamanı fol turşusundan düzgün istifadə üçün tövsiyyələr. Pediatr Drugs. 2000 Noy-Dek; 2(6): 437-49.

    2. Kodensova V.M., Vrjesinskaya O.A. Hamilə və süd verən qadınların qidalanmasında istifadə olunan vitaminlər. // Ginekologiya, mamalıq və perinatologiya məsələləri. 2013. Т. 12. № 3. S. 38-50.

    3. Kravçenko Y. N., Tsıqankova O.Y. Folatlar və hamiləlik: problemə müasir baxış // Həkim. Ru, 2015. № 11. S. 46-49.

    4. Metodiki tövsiyyələr MT 2.3.1.2432-08. Rusiya Federasiyasının müxtəlif qrup əhalisinin enerjiyə və qida maddələrinə fizioloji tələbat normaları. - M., 2008

    5. Picciano MF. Hamiləlik və laktasiya: fizioloji nizamlama, qidalanma tələbləri və pəhriz əlavələrinin rolu. Qidalanma Jurnalı. 2003; 133(6): 1997S-2002S.

    6. Dərman vasitəsi deyil. BAQ. Əks göstərişlər var.

    7. Czeizel A. E., Bártfai Z., Bánhidy F. Sinir borusu qüsurlarının və fol turşusu və multivitaminlərlə bəzi digər anadangəlmə anomaliyaların profilaktikası: tarix, buraxılmış fürsət və vəzifələr // Dərman təhlükəsizliyindəki terapevtik irəliləyişlər 2011; 2 (4): 173-188.

    8. Əks göstərişlər var. İstəfadə etməzdən əvvəl mütəxəssisə müraciət edin.

    9. Qromova O.A. Hamiləliyin gedişatı və nəticələnməsi barədə məlumatların intellektual təhlili: müxtəlif vitamin-mineral komplekslərinin rolu. Tibbi əlifba, 2018. Т. №1. № 9.

    10. Korotkova Y.F., Prilepskaya V.N. Hamilə qadınlarda anemiya. Müasir terapiya prinsipləri // Tibbi şura, 2015. Ginekologiya. S. 58-62.

    11. Sokur T.N., Dubrovina N.V. Mamalıq və perinatal ağırlaşmaların profilaktikasında vitamin-mineral kompleksləri. Ginekologiya, 2015. № 1. S. 51-54.

    12. Rusiyada uşaqların vitamin və mineral maddələrlə təminatının optimallaşdırılması (və pediatriya təcrübəsində vitamin və vitamin-mineral komplekslərinin və zənginləşdirilmiş ərzaqların istifadəsi) milli proqramı. M.: Pediatr, 2017. 152 s.

    L.RU.MKT.CC.03.2019.2668

    Dərman vasitəsi deyil. BAƏ. Əks göstərişlər var.

    Home
    • 1 trimestr
      • 2 və 3 trimestrlər
      • Uşaq əmizdirmə
      • Məhsullar
    • Anaların kitabxanası
      • Suallar və cavablar
      • Peşəkarlar üçün

    Bayer

    © 2015–2019 "BAYER" SC Bütün hüquqlar qorunur

    L.AU.MKTG.08.2017.01049
    Son yeniləmə: 5 May, 2019

    • Əlaqə vasitələri
    • Saytdan istifadə qaydaları
    • Sayt haqqında məlumat
    • Saytın xəritəsi
    • Şirkət haqqında
    • Şəxsi məlumatların qorunması
    • Kuki Ayarları


    Yan təsir və ya məhsulun keyfiyyətinə dair şikayət barədə xəbər vermək istəyirsinizsə, səhiyyə mütəxəssisləri ilə (məsələn, həkim və ya əczaçı ilə) əlaqə saxlamağınızı və ya tənzimləyici orqanlara müraciət etməyinizi xahiş edirik. Müraciətləri həmçinin aşağıdakı ünvana göndərmək olar: drugsafety.russia@bayer.com